Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

MƏRKƏZİ BANK 3 İLLİK STRATEJİ PLAN QƏBUL ETDİ

Mərkəzi Bankda 2011-2014-cü illər üçün Strateji Plan qəbul edilib.

Mərkəzi Bankın mətbuat xidmətindən verilən məlumata görə, Mərkəzi Bankın sədri Elman Rüstəmovun iştirakı ilə Strateji Planın geniş təqdimatı keçirilib.

Mərkəzi Bankın əməkdaşları üçün keçirilən təqdimat mərasimində qeyd edilib ki, indiyə qədər əldə edilən uğurlarda Mərkəzi Bankın fəaliyyəti və onun institusional potensialının inkişafında strateji planlaşdırma mühüm rol oynayıb. Bankda müasir idarəetmə sistemi və ənənələri formalaşıb, bütün funksional fəaliyyət istiqamətlərində müvafiq biznes prosesləri, yaradıcı və intellektual iş mühiti yaradılıb, peşəkar bacarıqlara malik kadrlar hazırlanıb.

Son illər ölkədə yüksək iqtisadi inkişaf dinamikası, maliyyə sisteminin sürətlə böyüməsi, dəyişən və mürəkkəbləşən qlobal iqtisadi mühit Mərkəzi Bankı qarşısında yeni çağırışlar formalaşdırır. Məhz bu yeni çağırışların effektiv cavablandırılması üçün Mərkəzi Bank makroiqtisadi sabitliyin, bank sistemində maliyyə sabitliyinin qorunması, əsas missiyaya xidmət edən funksiyaların əsaslı müasirləşdirilməsi, institusional idarəetmənin ən müasir praktikaya uyğunlaşdırılması, insan kapitalının inkişafı, iqtisadi inkişafa dəstəyin artırılması istiqamətlərində yeni strateji fəaliyyət prioritetləri müəyyən edib.

Strateji Plan 2011-2014-cü illər üçün Bankın qarşısına doqquz strateji hədəf qoyur. Həmin hədəflər Mərkəzi Bankın ölkədə makro-iqtisadi sabitliyi və davamlı iqtisadi inkişafı dəstəkləyən mühüm dövlət institutuna çevrilməsinə imkan yaradacaq.






21 İyul, 2011  20:10 Baxılıb: 603 Çap

Bu bölmədə

13 Aprel, 2019
Neft bahalaşır

XƏBƏR LENTİ


19 Aprel, 2019  11:51





19 Aprel, 2019  10:24

19 Aprel, 2019  10:05



18 Aprel, 2019  17:32








18 Aprel, 2019  13:47





18 Aprel, 2019  11:51

18 Aprel, 2019  11:45








18 Aprel, 2019  09:28



18 Aprel, 2019  09:09

17 Aprel, 2019  17:44


17 Aprel, 2019  17:14











sagbanner