Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

HADİSƏ

Əfqanıstanda qəzaya uğrayan təyyarədən cəsədləri çıxarmaq mümkün olmadı

“Qəzaya uğramış təyyarəmizlə bağlı araşdırma aparan komissiyanın üzvləri Əfqanıstandan Azərbaycana dönüblər”

Bunu APA-ya açıqlamasında Azərbaycanın Pakistandakı, eyni zamanda Əfqanıstanda akkreditə olunmuş səfirliyinin 3-cü katibi Çingiz Qəribli deyib.

Onu sözlərinə görə, Azərbaycan nümayəndələri ekipaj üzvlərinin cəsədlərinin qəza bölgəsindən çıxarılmasına səy göstərsələr də, müəyyən səbəblər ucbatından buna hələlik nail olmaq mümkün olmayıb. Komissiya üzvləri bu gün saat 16.00-da Bakıda mətbuat konfransı keçirərək, görülmüş işlər və son durum barədə ətraflı məlumat verəcəklər. Ç. Qəribli bildirib ki, komissiya üzvləri Bakıya dönsələr də, cəsədləri çıxarmaq və “qara qutu”nun tədqiqində iştirak etmək səyləri davam edəcək, bu iş İslamabaddakı səfirliyimiz vasitəsilə həyata keçiriləcək: “Biz məsələni diqqət mərkəzində saxlamaqda davam edəcəyik”.

Diplomatın sözlərinə görə, bu günlərdə Əfqanıstan hökuməti və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) Azərbaycan tərəfinin verdiyi notalara hələlik cavab verilməyib. Həmin notalarda Azərbaycan tərəfi cəsədlərin çıxarılmasına yardım göstərilməsini və “qara qutu”nun baxışında iştirakın təmin olunmasını xahiş edib. Ç. Qəribli, əfqan tərəfinin Azərbaycan rəsmilərinə yardım etməməsi və məsələyə laqeyd münasibəti barədə səslənən iddialarla razı olmadığını da vurğulayıb: “Əfqan tərəfi yardım göstərməyə cəhd edir, amma məqsədə heç də həmişə nail olmaq mümkün olmur”.

Qeyd edək ki, İSAF qəza bölgəsinin hərbi baxımdan riskli rayon, habelə ərazinin kifayət qədər mürəkkəb relyefə malik olduğunu əsas gətirir.

Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.

Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan “İl-76” təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısının həlak olduğu ehtimal edilir. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.






21 İyul, 2011  16:41 Baxılıb: 565 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


19 Aprel, 2019  11:51





19 Aprel, 2019  10:24

19 Aprel, 2019  10:05



18 Aprel, 2019  17:32








18 Aprel, 2019  13:47





18 Aprel, 2019  11:51

18 Aprel, 2019  11:45








18 Aprel, 2019  09:28



18 Aprel, 2019  09:09

17 Aprel, 2019  17:44


17 Aprel, 2019  17:14











sagbanner