Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Prezidentdən turizm şirkətlərinə güzəşt

Onlara sərfəli kredit veriləcək

Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən orta və kisik sahibkarlara güzəştli kreditlər ayrılacaq, turizm məqsədilə səfər edənlərə biletlər güzəştli qiymətlərlə satılacaq.

 Simsar.az-ın məlumatına görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulur.

Plana əsasən, ölkədə turizmin inkişafı ilə bağlı müxtəlif mədəni tədbirlər çərçivəsində aztəminatlı ailələrin, dövlət himayəsində olan əlil və kimsəsiz uşaqların Azərbaycanın müxtəlif yerlərinə xüsusi səyahətləri, turist axını çox olan rayonlarda iyul-sentyabr aylarında «Bu Vətən bizimdir» adlı turist düşərgələri təşkil olunacaq, Azərbaycanla qonşu Gürcüstan arasında mövcud turist axınını nəzərə alaraq Bakı-Tiflis-Bakı dəmiryolu marşrutu üzrə ixtisaslaşdırılmış turist qatarları xəttə buraxılacaq.

Planda ölkədə turizmin inkişafı məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsi də nəzərdə tutulur. Belə ki, Mədəniyyət və Turizm və Ədliyyə nazirlikləri qarşıdakı iki ay ərzində “Turizm haqqında” qanunun yeni layihəsini parlamentə təqdim etməlidir. Turizm məqsədilə Azərbaycana səfər edən şəxslərin sayının artırılması üçün onlara viza verilməsi sadələşdiriləcək, Dövlət Miqrasiya Xidməti, Xarici İşlər və Mədəniyyət və Turizm nazirlikləri bununla bağlı təkliflər hazırlamalıdır.

Bundan başqa, beynəlxalq və yerli hava, dəniz və dəmiryol daşımalarında turist qruplarına xüsusi tarif qiymətlərinin tətbiq edilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulur.

Tədbirlər planında nəzərdə tutulan ən maraqlı yeniliklərdən biri turizm sahəsində fəaliyyət göstərən orta və kiçik sahibkarlara dəstək göstərilməsi məqsədilə təyinatlı və güzəştli kreditlərin ayrılmasıdır. Bu iş İqtisadi İnkişaf və Mədəniyyət və Turizm nazirliklərinə həvalə olunub. Adı çəkilən nazirliklər turizm sənayesinin inkişafı üçün iqtisadi mühitin yaxşılaşdırılması və investisiyaların cəlb olunmasına dair təkliflər hazırlamalıdır.

Plana əsasən Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbi yaradılacaq, Azərbaycan üçün prioritet sayılan ölkələrdə milli turizmin təbliği üçün tədbirlər görüləcək, həmçinin həmin ölkələrdən Azərbaycana info-turlar təşkil olunacaq. Sənəddən məlum olur ki, Azərbaycan üçün prioritet ölkələr Avropa İttifaqı ölkələri, ABŞ, Yaponiya, Kanada, Rusiya və Fars körfəzi ölkələri sayılır.

Plandakı təbliğat-təşviqat tədbirləri arasında ən maraqlısı Azərbaycanda turizm və mədəniyyət obyektlərinin, gəzməli-görməli yerlərin telefon məlumat xidmətinin yaradılmasıdır.

Bundan başqa, planda tarixi abidələrin abadlaşdırılması üçün işlərin görülməsi, turizm və nümayiş obyektlərinə gedən yolların abadlaşdırılması, təmiri, yollarda xüsusi göstəricilərin və yol nişanlarının qoyulması da nəzərdə tutulub.






21 İyul, 2011  16:01 Baxılıb: 1176 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner