Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

"Bomba var" deyən adam tutuldu

O, qohumunun telefonundan zəng edib

Simsar.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, həmin şəxs əvvəlcə “Toyota” markalı avtomaşının içərisində mina olması, sonra isə Bakı Dəmir Yolu Sərnişin Vağzalına bomba qoyulması barədə məlumat verib.

Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, dərhal əməliyyat tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb.

DİN Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində zəng edilən telefon nömrəsinin Qaradağ rayonu ərazisində yaşayan Laçın rayon sakini Seymur Kəlbalıyevə məxsus olması, yalan məlumatın isə onun qohumu, Pirallahı qəsəbə sakini 18 yaşlı Ağalar Heydərov tərəfindən verilməsi müəyyən edilib.

Ağalar Heydərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.






20 İyul, 2011  21:01 Baxılıb: 1008 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner