Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nazir Fransa səfiri ilə görüşüb

Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerlə görüşüb.

Görüşdə rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasovun Fransaya səfəri çərçivəsində Fransanın Sənaye, energetika və rəqəmli iqtisadiyyat naziri Erik Bessonla keçirilən görüşdə informasiya texnologiyaları sahəsində əlaqələrin inkişaf etdirilməsi və bu münasibətlərin hüquqi zəmində reallaşdırılması üçün imzalanması məqsədəuyğun hesab edilən hökumətlərarası saziş ətrafında müzakirələr aparılıb.
Fransa tərəfinə təqdim edilən saziş layihəsinə Fransa və Azərbaycan təqaüdləri, həmçinin “Arian Space”nin təqaüdləri hesabına İKT, xüsusilə də kosmik sənaye sahəsində azərbaycanlı mütəxəssislərin Fransanın müvafiq təhsil ocaqlarında təhsil almaları üçün xüsusi maddənin daxil edilməsi təklif edilib. Fransanın Sənaye, energetika və rəqəmli iqtisadiyyat naziri Erik Bessonun “Bakutel-2011” sərgi-konfransında iştirakı və Fransa Milli İKT Pavilyonunun sərgidə nümayiş etdirilməsi kimi məsələlərin müzakirə olunduğu görüşdə Milli Pavilyona şirkətlərin cəlb edilməsi qərara alınıb. Ölkədə İKT sektorunda həyata keçirilən işlərlə bağlı məlumat verən nazir Əli Abbasov 2-ci süni peykin istehsalı və raketlə təmin olunması məsələsində Fransa ilə əməkdaşlığa ümid etdiyini bildirib. Nazir bildirib ki, əgər nəzərdə tutulan məsələlər vaxtında icra olunsa, qarşı tərəflə sentyabr ayında danışıqlara başlamaq mümkündür.






20 İyul, 2011  20:25 Baxılıb: 1127 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner