Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ziyanlı dondurmalar aşkarlanıb

İnsan orqanizmi üçün təhlükəli dondurmaların 
istehsalı və satışının qarşısı alındı

Bir müddət əvvəl İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Müzəffər Poladova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Bu barədə Simsar.az saytına nazirliyin mətbuat xidmətindən məlumat daxil olub. Məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən “Okean” plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən, turşuluğun normadan az olduğu, “Yoloçka” plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən, turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində S.aureus bakteriyaları (stafilakok) olduğu, “Rose” plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyaları (stafilakok) olduğu, “Titanik” və 500 qramlıq plasmas qablaşdırmada olan plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən, turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyaları (stafilakok) olduğu, “Qızıl standart” plombir dondurmalarında turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyaları (stafilakok) olduğu, südlü dondurmalarda turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox olduğu və tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) olduğu aşkar edilib.

Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 485 kq dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Müzəffər Poladova icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam edir.


Anar






20 İyul, 2011  16:37 Baxılıb: 1435 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner