Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DAK Sabir Rüstəmxanlıya töhmət verdi

“Belə bəyanat verməyə onların səlahiyyəti çatmır”

Dünya Azərbaycanlıları Konqresidə (DAK) qalmaqal davam edir. Bir neçə il öncə iki yerə parçalanan DAK-ın qolları da bir neçə yerə bölünüb. DAK adına iddia edən qurumların sayı çoxaldıqca daxili incikliklərin, narazılıqların sayı da artır. Məlumatlara görə artıq DAK-ın Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırıb.
Səbəb kimi qurumun Azərbaycan dövləti tərəfindən tanınmaması göstərilir. Hakimiyyət nümayəndələri isə bildirirlər ki, DAK adına iddia edən qurumların fəaliyyəti Azərbaycanın qonşu ölkələrlə, xüsusilə də, İranla münasibətlərinə xələl gətirir. Ona görə də DAK nümayəndələri dövlət tədbirlərinə dəvət olunmurlar.
Dövlətin bu qərarı DAK daxilində narazılıqları daha da artırıb.

Bu gün DAK İdarə Heyətinin növbədənkənar toplantısı keçirilib. Qurumdan Simsar.az-a verilən məlumatda bildirilir ki, iclasda DAK-ın həmsədrləri Sabir Rüstəmxanlı, Firudin Pərvizniyanın və Daimi Şuranın sədri Əjdər Tağızadənin fəaliyyəti müzakirə olunub.

Müzakirələrdən sonra qərar qəbul edilib. Qərarda deyilir ki, DAK Həmsədrləri Sabir Rüstəmxanlı, Firudin Pərvizniya DAK-ın nizamnaməsini davamlı olaraq kobud şəkildə pozublar. Onlar özbaşına, məsuliyyətsiz qərarlar verib, nizamnaməyə heç bir məhəl qoymadan öz şəxsi istəklərinə uyğun qanunsuz hərəkətlər edib, DAK-ın fəaliyyətində yüksək xidmətlər göstərmiş şəxsiyyətlərə qarşı neqativ münasibət sərgiləyiblər.

Həmçinin, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə tutduğu vəzifədən kənarlaşdırılıb. Daimi Şuranın fəaliyyəti növbəti qurultaya qədər dayandırılıb. DAK həmsədrlərinin səlahiyyətləri isə İdarə Heyətinə həvalə edilib. İdarə Heyəti həmçinin, Sabir Rüstəmxanlıya və Əjdər Tağızadəyə töhmət elan edilməsi barədə qərar çıxarıb.

Müzakirələrdən sonra növbədənkənar qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. DAK İdarə Heyətinin üzvləri Mirəşrəf Fətiyev, Bəhruz Həqqi, Hüseyn Vüsuqi, Baba Tağıyev, Oqtay Hüseynov, Fərəməz Quluzadə və Səftər Rəhimli Qurultaya Hazırlıq Təşkilat Komitəsinin üzvləri seçiliblər.

Sabir Rüstəmxanlı məsələ ilə bağlı Lent.az-a açıqlamasında bildirib ki, DAK İdarə Heyətinin adından yayılan bu qərarın heç bir hüquqi əsası yoxdur: “Bu, ötənlərdə qurumdan kənarlaşdırdığımız şəxsin (Səftər Rəhimli nəzərdə tutulur –red.) əməlləridir. Məqsəd DAK-da yenidən aranı qarışdırmaq, təşkilatı parçalamaqdır. Əvvəla, həmin adamlar harada yığışıb toplantı keçiriblər, bu, müəmmalıdır. İkincisi də, onların səlahiyyəti yoxdur ki, belə bir bəyanat versinlər. İdarə Heyətinin əsas üzvləri kənarda qalıb. Onlar yığışıb belə bir qərar verə bilməzlər”.

S. Rüstəmxanlı onu da bildirib ki, DAK-ın Nizamnaməsi belə bir qərarın verilməsini istisna sayır və heç kimə belə bir hüquq vermir: “Bu məsələ hələ qurultay zamanı da olmuşdu. Ancaq o zaman camaatın iradəsi buna imkan vermədi və qurultay öz qərarını verdi. İndi isə yenidən həmin araqarışdıranlığı eləmək istəyirlər. Məqsəd DAK-ı insanların gözündən salmaqdır”.

RAMİL






20 İyul, 2011  15:49 Baxılıb: 1230 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner