Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

6 ay ərzində baş verən yol qəzaları

Respublika Baş Dövlət Yol Polisi İdarəsi 2011-ci ilin 6 ayı ərzində ölkə ərazisində baş verən yol qəzalarında ölən və yaralanan şəxslərlə bağlı statistikasını açıqlayıb.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, cari ilin birinci yarısında 1364 yol qəzası baş verib, nəticədə 433 nəfər ölüb, 1465 nəfər isə yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, yol qəzalarının sayı 204 (17,6%), həlak olanların sayı 36 nəfər (9,1%), yaralananların sayı isə 282 nəfər (23,8%) artıb.

Hesabat dövründə Bakı şəhəri ərazisində 711 yol qəzası qeydə alınıb, nəticədə 169 nəfər ölüb, 774 nəfər isə xəsarət alıb. 2010-cu ilin 6 ayı ilə müqayisədə yol qəzalarının həlak olanların və yaralananların sayı uyğun olaraq 214 (43,1%), 7 (4,3%) və 313 (67,9%) nəfər artıb.

Respublika üzrə qeydə alınmış yol qəzalarının 92,6%-i (1265) sürücülərin Yol Hərəkəti Qaydalarını pozmaları, o cümlədən 44,4%-i (607) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,1%-i (315) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8%-i (113) yol ayrıclarını keçmə qaydalarının pozulması, 2,7%-i (37) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Baş verən yol qəzalarının 40,3%-ni (550) piyadaların vurulması təşkil edib, nəticədə 167 piyada həlak olub, 410-u yaralanıb. Respublika üzrə qeydə alınmış yol qəzaları nəticəsində 37 nəfər uşaq və yeniyetmə həlak olub, 105 nəfər yaralanıb. Həlak olanların 24-ü, yaralananların isə 62-i piyadalardır.

2011-ci ilin 6 ayı ərzində respublika ərazisində 13 nəfərin həlak olması və 68 nəfərin yaralanması ilə nəticələnən 79 yol nəqliyyat hadisəsi bağlı qalıb.






19 İyul, 2011  16:49 Baxılıb: 1105 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58

sagbanner