Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İNTERNET İNSAN YADDAŞINA TƏSİR EDİR

Hazırda həyatını kompyutersiz və internetsiz təsəvvür edən adam çətin ki, tapılsın.

Müasir texnologiyalar insanı həm işdə, həm də istirahətdə müşayiət edən ayrılmaz yol yoldaşına çevrilib. “Google” effekti” mövzusunda araşdırmalar aparan Kolumbiya Universiteti alimləri belə qənaətə gəlmişlər ki, müxtəlif “qacetlərə” tez-tez müraciət etmək artıq beynimizin işinə, daha dəqiq desək, informasiyanı yadda saxlamaq prosesinə təsir göstərməyə başlayır.
Elmi proqramın rəhbəri, psixoloq Betsi Sperrou demişdir: “Çoxsaylı eksperimentlərin nəticələri göstərmişdir ki, bu və ya digər məlumatı təkrar harada tapacağını bilən insanın həmin məlumatı yadda saxlaması çətin olur. Lakin bu heç də o demək deyildir ki, “Google” və ya digər axtarış sistemləri müasir cəmiyyəti kütləşdirir. Əksinə, biz bir çox şeyləri, hətta internetdə çətin tapılan sözləri hələ də yadda saxlaya bilirik. Müasir insan xatirələrindən məhrum olan şüursuz məxluq deyildir. Lakin zaman keçdikcə biz informasiya almaq yolunu informasiyanın özündən yaxşı yadda saxlayırıq. İnsanlar daha sırf öz yaddaşlarına güvənməyib, kompyuterə və internetə bərabər nativ kimi baxırlar”.
ABŞ alimlərinin təhqiqatları göstərmişdir ki, testlərdə iştirak edənlər mürəkkəb suala cavab vermək üçün dərhal kompyuterə müraciət etmiş, nativ mənbə kimi öz yaddaşlarından istifadə etməyə heç cəhd də göstərməyib.
Alimlərin fikrincə, bu yolla kompyuter və internet getdikcə insanın özünəməxsus “xarici yaddaş qurğusuna” çevrilməkdə, yaddaşımız isə müasir texnologiyalara uyğunlaşmaqdadır.






19 İyul, 2011  00:23 Baxılıb: 1156 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner