Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Şair Əli Kərimin oğlunun həbsxanada vəziyyəti pisləşdi

Orxan Kərimovun ürəyinə stend qoyulduğundan səhhəti ağırdı

Azərbaycanın ünlü şairi Əli Kərimin bu yaxınlarda saxlanılan oğlu barəsində yeni xəbər var. oğlu var. Simsar.az saytı “mediaforum.az”-a istinadən xəbər verir ki, Təhsil Nazirliyi iqtisadiyyat şöbəsinin müdir müavini, Orxan Kərimovun istintaqı davam edir, lakin heç bir yenilik yoxdur.

Onun vəkili Ramiz Məmmədov müdafiə etdiyi şəxsin səhhətində ciddi problem olduğuna diqqət çəkib:
“Orxan Kərimovun səhhətində ciddi problemlər var. Onun səhhətinə çox həssas yanaşmaq lazımdır. Çünki ürəyinə stend qoyulub. Əgər insanın ürəyinə stend qoyulubsa, onun haqqında seçilən həbs qətimkan tədbiri ləğv edilməlidir. Çünki kimliyindən asılı olmayaraq dövlət hər bir vətəndaşın məhkəmə qarşısına sağlam çıxarılmasında maraqlı olmalıdır”.

Orxan Kərimov iyunun 6-da həbs olunub. Onun barəsində 3 aylıq həbs qərarı çıxarılıb. O, Cinayət Məcəlləsinin 308 ( Vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci ( Rüşvət alma (passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur. İş üzrə daha iki nəfər həbs olunub - Rafiq Hüseynov və onun qardaşı Ramiz Hüseynov.

Anar






18 İyul, 2011  21:00 Baxılıb: 1013 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner