Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

YAP JURNALİSTLƏRƏ MÜKAFAT VERDİ

Əli Əhmədov:   "kütləvi informasiya vasitələri cəmiyyət həyatında xüsusi yer tutur"  

Tədbirdə çıxış edən YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov qarşıdan gələn 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib. Ə. Əhmədov bildirib ki, bu gün kütləvi informasiya vasitələri cəmiyyət həyatında xüsusi yer tutur. Mətbuatın cəmiyyətin informasiya ehtiyacının ödənilməsi baxımından vacib rol oynadığını vurğulayan YAP sədrinin müavini qeyd edib ki, KİV cəmiyyətin səmərəli fəaliyyət göstərməsində də əhəmiyyətli funksiyaya malikdir. Son illərdə Azərbaycanda bütün sahələr üzrə dinamik inkişaf getdiyini deyən Ə. Əhmədov Azərbaycan dövlətinin və prezidentinin mətbuatın inkişafına da xüsusi diqqət göstərdiyini vurğulayıb. O, Yeni Azərbaycan Partiyası kütləvi informasiya vasitələri ilə əlaqələrə böyük önəm verdiyini deyib.

“YAP ölkəmizin ən aparıcı siyasi qüvvəsidir və böyük ictimai dəstəyə malikdir. Bu gün artıq partiyamızın üzvlərinin sayı 550 min nəfərə yaxındır. YAP-ın qazandığı uğurların çoxsaylı səbəblərindən biri də onun fəaliyyətinin kütləvi informasiya vasitələri tərəfindən geniş ictimaiyyətə çatdırılmasıdır. Biz mətbuatla əlaqələrimizə xüsusi diqqət yetiririk. Milli mətbuat günü ilə bağlı keçirdiyimiz görüşlər isə artıq ənənəyə çevrilib” – deyə, Ə. Əhmədov bildirib.

Daha sonra Ə. Əhmədov KİV nümayəndələrinə mükafatlar təqdim edib. Ümumilikdə 25 KİV nümayəndəsi mükafat alıb.






18 İyul, 2011  20:22 Baxılıb: 961 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner