Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bu da həmin qara qutu

Əfqanıstanda təyyarənin hansı səbəbdən partlamasına aydınlıq gələ bilər 

Bunu APA-ya açıqlamasında Azərbaycanın Pakistandakı, eyni zamanda Əfqanıstanda akkreditə olunmuş səfirliyinin 3-cü katibi Çinqiz Qəribli deyib.

Onu sözlərinə görə, hazırda komissiya üzvləri fotodakı “qara qutu”nun qəzaya uğramış Azərbaycan təyyarəsinə aid olub-olmadığını araşdırırlar. Əfqan tərəfi iddia edir ki, foto Azərbaycan təyyarəsinin qəzaya uğradığı bölgədə çəkilib: “Lakin bunun dəqiqləşdirilməsinə ehtiyac var. Bizim komissiya üzvlərinin qəza bölgəsinə yetişməsi isə Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələrinin – İSAF-ın yaradacağı şəraitdən asılı olacaq”.

Diplomatın sözlərinə görə, Azərbaycandan olan komissiya üzvləri, İSAF təmsilçiləri və əfqan hökumətinin nümayəndələri mütəmadi təmasda olur, birgə iclaslar keçirirlər. “Lakin beynəlxalq qüvvələr və əfqan rəsmiləri qəza bölgəsinin təhlükəli və relyef baxımından çətin rayon olduğunu əsas gətirərək, hələlik oraya getməyin mümkün olmadığını bildirirlər”.

Ç. Qəriblinin sözlərinə görə, təyyarənin qəzaya uğradığı bölgə formal olaraq İSAF qüvvələrinin və Əfqanıstan hökumətinin nəzarəti altında sayılır: “Çünki həmin əraziyə tam nəzarət olunmur, bölgə hərbi baxımdan təhlükəlidir”.

Diplomat bildirib ki, əfqan rəsmiləri Azərbaycan tərəfinə əllərindən gəldiyini etdiklərini, İSAF isə qəza bölgəsinin “riskli rayon” olduğunu deyir: “İSAF təmsilçiləri cəsədlərin götürülməsi yollarını araşdırdıqlarını bildirirlər. Azərbaycan tərəfdən komissiyanın üzvləri isə Əfqanıstan paytaxtı Kabildədirlər”.

Qeyd edək ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.

Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan İl-76 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.






18 İyul, 2011  18:10 Baxılıb: 1039 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner