Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

AZƏRBAYCAN CƏMİYYƏTİ NARKOTİKA BASQISI ALTINDA

Bu bəlaya yoluxanların sayı artır

«APA-ECONOMICS»in məlumatına görə, bu barədə Transmilli narkoqruplaşmaların fəaliyyətinin qarşısının alınmasına yönəlmiş tədbirlərin gücləndirilməsi üzrə Bakıda keçirilən işçi görüşdə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Əsgər Abdullayev bildirib.


BMT ekspertlərinin fikrincə, əfqan narkotiklərinin 70%-i ona qonşu ölkələrin əraziləri vasitəsilə ixrac edilir. Bu fakt Azərbaycanda narkocinayətkarlığa dair vəziyyətə də təsir edir. 2010-cu ildə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən narkotiklərlə bağlı 3197 cinayət işi qeydə alınıb ki, bu da 2006-cı ilin göstəricisindən 1,38 dəfə artıqdır.


Narkotiklərin qanunsuz dövriyyəsi də əfqan faktoru ilə əlaqəni göstərir - 2010-cu ildə dövriyyədən 2400 kq narkotik maddə çıxarılıb ki, bunun da 185 kiloqramı heroindir.


Böyük narahatlıq doğuran faktlardan biri də güclü təsirə malik və «ağır» narkotiklərin payının artmasıdır - qanunsuz dövriyyənin 86%-ni belə narkotik maddələr təşkil edir. Ə.Abdullayev bildirib ki, paralel olaraq ölkədə narkotik istifadəçilərinin sayı da artır - rəsmi məlumatlara görə, 2010-cu ildə onların sayı 25 489 nəfər olsa da, bu sahədə rəsmi statistika reallığı əks etdirmir və ekspertlərin fikrincə, narkotik istifadəçilərinin real sayı bundan xeyli çoxdur.


Komitə sədrinin müavini bildirib ki, Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində bu ərazilər, eləcə də Azərbaycanın İranla 132 kilometrlik sərhəd xətti nəzarətsiz qalıb: “Əldə olunan məlumatlar bu ərazilərdən terrorçuluq və qanunsuz narkotik daşınması məqsədilə istifadə olunduğunu göstərir”.






18 İyul, 2011  17:35 Baxılıb: 1229 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner