Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Havaya çıxmayın

Göydən təhlükə yağır

Bununla da, yay mövsümü başlayandan günvurma diaqnozu ilə stansiyaya müraciət edənlərin sayı 43-ə çatıb. Bu haqda Simsar.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov məlumat verib. Onun sözlərinə görə, son müraciət edən 5 nəfərdən 2-si xəstəxanaya yerləşdirilib, 3-nə isə tibbi yardım göstərilib və evə buraxılıb: “Ümumiyyətlə, indiyədək günvurma ilə bağlı bizə müraciət edənlərdən 14 nəfəri xəstəxanaya yerləşdirilib, qalanları isə tibbi yardım göstərildikdən sonra evə göndərilib”. 

M. Həmidov bildirib ki, günvurma hadisələrindən yalnız 4-ü çimərliklərdə baş verib. Qalan 39 hadisənin şəhərdə, açıq havada qeydə alındığını deyən baş həkim əhaliyə müraciət edib: “Günvurma ilə bizə müraciət edənlərin çoxu gənclərdir. Bir daha əhaliyə xəbərdarlıq edirik ki, hərarətin yüksək olduğu saatlarda, saat 11-dən 17-dək açıq havada olmasınlar. Kənd təsərrüfatı, tikinti, kommunikasiya və digər sahələrdə çalışanların işi vacibdirsə, heç olmasa, bunu kölgədə etsinlər”.






18 İyul, 2011  16:01 Baxılıb: 1287 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner