Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əhali metodan rahat istifadə edə bilər

Vaqonlardakı bütün artıq hərəkətlər kameralar tərəfindən qeydə alınır

Bakı metropolitenində hərəkətdə olan vaqonlara təhlükəsizlik kameralarının qurulması oktyabr ayına qədər tam yekunlaşdırılacaq. Metropolitendən Simsar.az-a verilən məlumata görə, artıq hərəkətdə olan vaqonların böyük bir hissəsində müşahidə kameralarının qurulması işləri başa çatıb. Lakin görüntünün hərəkət halında onlayn ötürülməsi zamanı sistemin proqram təminatında bəzi problemlər yarandığından işlərin iyul ayınadək başa çatdırılmasında ləngimələr olub. Sistemi quran Türkiyənin “Ekin” adlı şirkəti tərəfindən problem aradan qaldırılıb və testlər müsbət nəticələnib. 

Hazırda Bakı Metropoliteninin inventarında olan digər vaqonlarda da kameraların qurulması ilə bağlı adıçəkilən şirkətlə danışıqlar davam etdirilir. Məlumat üçün bildirək ki, Türkiyə şirkəti metronun bütün stansiyaları və giriş tunellərində kameraların qurulmasını və proqram təminatını yaradıb.

Hərəkətdə olan vaqonlarda kameraların qurulması dünya tarixində ilk dəfədir həyata keçirilir. Bakı Metropoliteninin bu layihəsinin özəlliyi isə ondan ibarətdir ki, kameralar bir neçə kilometr deyil, bütün metro xətti boyunca görüntüləri real vaxt rejimində – onlayn olaraq mərkəzə ötürə bilir.

Kameraların inteqrasiyası başa çatandan sonra Metropolitendə kamera nəzarəti və təhlükəsizlik sistemləri ilə bilavasitə məşğul olan ayrıca strukturun yaradılması da nəzərdə tutulur.






18 İyul, 2011  15:52 Baxılıb: 984 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner