Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

BAHAR MURADOVA ATƏT-ə MƏKTUB YAZDI

Ermənilərin Tovuzdakı vəhşilyi beynəlxalq aləmin diqqətinə çatdırılır

Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ermənilərin əli ilə Tovuz rayonunun Əlibəyli kəndində baş vermiş faciə ilə əlaqədar ATƏT PA-nın sədri Petros Eftimiuya və onun Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşə məktubla müraciət edib.

Simsar.az xəbər verir ki, müraciətdə deyilir ki, ATƏT PA-nın “ATƏT-in səmərəliliyinin və effektivliyinin möhkəmləndirilməsi: Astana sammitindən sonra yeni başlanğıc” mövzusunda ötən həftə Belqradda keçirilmiş yay sessiyasında həlli uzanmış münaqişələrin, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini ehtiva edən bəndin də yer aldığı Belqrad Bəyannaməsinin mürəkkəbi qurumamış, Ermənistan tərəfi yenə də pozucu addımlar atır. Artıq bildiyiniz kimi, Ermənistanın törətdiyi vəhşilik nəticəsində Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndində 13 yaşlı Şahmalıyeva Aygün həyatını itirmişdir. Danışıqlar prosesinin intensivləşdiyi, Minsk qrupu həmsədrlərinin regiona səfəri və iki ölkənin xalqları arasında etimadın yaradılması istiqamətində səylərin müzakirə olunduğu bir vaxtda, partlayıcı maddə ilə doldurulmuş uşaq oyuncağını çay vasitəsilə Azərbaycan tərəfinə göndərən Ermənistan günahsız uşaqların qətlə yetirilməsinə yönələn çirkin siyasətini aparmaqda davam edir.

Məktubun sonunda vurğulanır ki, baş vermiş bu faciəli hadisədən dərin narahatçılığımızı ifadə edir, məsələyə münasibət bildirməyinizi xahiş edirik.






18 İyul, 2011  15:25 Baxılıb: 1545 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner