Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

IV qrup üzrə imtahan verənlər nəticələri bu gün biləcək

Sualların düzgün cavabları TQDK-nın saytında yerləşdirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 16-da 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, imtahan respublikanın 4 şəhərində - Bakıda 21, Naxçıvanda 3, Gəncədə 3, Lənkəranda 2 binada aparılıb. 

İmtahanın idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin statistik məlumatlara əsasən IV qrup üzrə ərizə vermiş 14 min 619 abituriyentdən 689 nəfəri imtahana gəlməyib. Abituriyentlərdən 29 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub. İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən IV ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılıb.

İyulun 16-da saat 19:00-da “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları elan edilib və test tapşırıqları ilə bağlı geniş izahat verilib. İmtahanda istifadə olunmuş sualların bütün variantlar və bölmələr üzrə düzgün cavabları, eləcə də balların hesablanması proqramı artıq TQDK-nın internet saytında yerləşdirilib.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. İmtahanın nəticələrinin bu gün günün ikinci yarısında açıqlanması nəzərdə tutulub. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini 7727 nömrəsinə göndərməklə mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.






18 İyul, 2011  15:10 Baxılıb: 1249 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner