Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yağış olacağı proqnozu qüvvədədi

Hava gecələr sərin olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, iyulun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 33-37 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 16-da əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Yaxın 3 gün ərzində Abşeron yarımadasında temperatur rejiminin iqlim norması daxilində tərəddüdü, mülayim şərq küləklərinin üstünlüyü gözlənilir. Respublikanın rayonlarında isə əsasən gecə və axşam yağmurlu keçəcəyi proqnozlaşdırılır.






16 İyul, 2011  15:34 Baxılıb: 1065 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner