Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maliyyə Nazirliyi təkzib etdi

Qurumun işçilərindən axtarışda olan yoxdu

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a daxil olan açıqlamada deyilir ki, “Azadlıq” qəzetinin 14 iyul 2011-ci il tarixli sayında “Azərbaycanlı məmur Rusiyada axtarışdadır” başlığı ilə dərc olunmuş məqalədə əsassız olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Xəlilov Namiq Cəlil oğlu ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar öz əksini tapıb: “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, Rusiyada nəşr olunan “Novaya qazeta”ya istinad edən “Azadlıq” qəzeti adı çəkilən qəzetin yol verdiyi səhvi təkrarlayaraq, məqalədə adı keçən və axtarışda olduğu bildirilən Xəlilov Namiq Mustafa oğlunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi kimi təqdim edib, bu barədə hazırladığı məqalədə Maliyyə Nazirliyinin DSNX-nin rəisi Xəlilov Namiq Cəlil oğlunun fotosunu verib. Qəzetin ən sadə dəqiqləşdirmə belə aparmadan dərc etdiyi yazı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nüfuzuna, o cümlədən DSNX rəisi Xəlilov Namiq Cəlil oğlunun dövlət qulluqçusu kimi həyata keçirdiyi əmək fəaliyyətinə və peşə nüfuzuna xələl gətirib”.

Artıq Maliyyə Nazirliyi həm “Novaya qazeta”ya, həm də “Azadlıq” qəzetinə yol verdikləri ciddi səhvlə bağlı növbəti saylarında üzrxahlıq edərək, təkzib verilməsi ilə bağlı məktubla müraciət edib.






15 İyul, 2011  17:14 Baxılıb: 1215 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner