Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Amazon” planşetinin çıxış müddəti məlum olub

“Amazon” internet mağazası 2011-ci ilin oktyabrında şəxsi planşetini satışa çıxaracaq.

Buna baxmayaraq, “Amazon” hələ bu haqda məlumat verməyib. Planşet “Android” əməliyyat sistemi əsasında işləyəcək. O, 9 düyməli ekran ilə təchiz ediləcək və “iPad”-dan fərqli olaraq quraşdırılmış kamera olmayacaq. Qurğunu Asiya şirkətlərindən birinin istehsal edəcəyi bildirilib. Planşetin qiyməti hələlik bilinmir. “Amazon” qurğu sahiblərinə film, musiqi və kitablar da təklif edəcək.
Bundan başqa, “Amazon” “Android” platforması üçün “Amazon Appstore” adlı şəxsi proqramlar mağazasını idarə edir. Mağaza mart ayında açılıb. Proqramların sayına görə o, “Android Market” onlayn mağazasından geridədir, ancaq burada "rəsmi" mağazada olmayan proqramlar belə mövcuddur.
Qeyd edək ki, “Amazon”nun şəxsi planşet istehsal edəcəyi planları aprel ayının sonunda məlum olub. O zaman qurğunu “Samsung” şirkətinin istehsal edəcəyi bildirilirdi. “The Wall Street Journal”ın məlumatına görə, “Amazon” yayın sonunda - payızın əvvəlində 2 yeni “Kindle” rideri təqdim edəcək. Onlardan biri sensor ekranla təchiz ediləcək.






15 İyul, 2011  17:09 Baxılıb: 1122 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner