Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Xaricdə təhsil almaq istəyirsiniz?"

TQDK bu sualı verənlərdən Prokurorluğa şikayət edəcək

Simsar.az-ın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri bildirib ki, belə hallar dələduzluğun bir formasıdır: “Azərbaycanda hər bir valideyn bilir ki, uşağının biliyi varsa, ali məktəbə qəbul olacaq. Qəbul imtahanlarında 0-100 bal toplayan abituriyentlər bu prosesdə daha çox iştirak edirlər. Təəssüf ki, valideynlər bu yollara əl atırlar. Halbuki onların gözünün qabağında vaxtilə qeyri-qanuni qəbul aparan universitetlər bağlandı. Bir neçə gün əvvəl isə mən küçələrdə ingilis, rus dillərində Rusiya, Türkiyə, Ukrayna universitetlərində təhsil almaqla bağlı reklam xarakterli yazılar görmüşəm. Belə reklamlar imtahan keçirilən binaların qarşısında da paylanılır. Mən bununla bağlı müvafiq dövlət qurumlarına müraciət edəcəyəm. İnsanlar belə dələduzların əməllərinə uymamalıdır. Valideynlərlə maarifləndirmə işləri aparmaq lazımdır ki, buna getməsinlər. Bunun nəticəsi olmayacaq”. 

TQDK sədri bəyan edib ki, qanunsuz yollarla xarici ölkələrin ali məktəblərinə qəbul edilənlər sonradan Azərbaycanın ali məktəblərinə köçürülə bilməyəcəklər: “TQDK-nın tələbə-məzun elektron sistemində hər bir məzunun nəticələri əks olunub. Mənə özəl ali məktəblərin birində bir məktub gəlmişdi. Vaxtilə bu ali məktəbə tibb ixtisası üzrə 6 adam qəbul olunmuşdu, sonradan isə orada tibb ixtisası üzrə qəbul aparılmamışdı. Onlar həmin universitetin tibb ixtisasını bitirən şəxslərə rezidenturaya qəbul imtahanlarında köməklik göstərilməsini istəyirdilər. Biz bu məsələni araşdırdıq və məlum oldu ki, orada tibb ixtisası üzrə artıq 24 nəfər oxuyur. Lakin biz onları oraya qəbul etməmişdik. Onları nəinki rezidenturaya qəbul eləmək, nəinki xəstənin, heç ölünün də yanına buraxmaq olmaz. İnsanlar səhv qərar verəndə bilməlidirlər ki, bu qərarın məsuliyyəti onların öz üzərinə düşəcək”.






15 İyul, 2011  16:50 Baxılıb: 1045 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner