Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

PENTAQON HÜCUMA MƏRUZ QALIB

ABŞ Müdafiə Nazirliyinin məlumat bazası oğurlanıb

Pentaqon 2011-ci ilin martında tarixi ərzində ən iri məlumat bazasının oğurlanması ilə nəticələnən kiberhücuma məruz qaldığını açıqlayıb. Simsar.az-ın məlumatına görə, ABŞ müdafiə nazirinin müavini Uilyam Linn bildirib ki, söhbət 24 min fayldan gedir. 

Linn kompüter şəbəkəsinə hücumun xarici dövlətdən təşkil olunduğunu söyləyib. Lakin o, həmin ölkənin adını və hansı informasiyanın oğurlandığını açıqlamayıb. Amma əvvəllər hərbi qurum Rusiya və Çindən olan hakerləri kiberhücumlarda ittiham edib.

Müdafiə nazirinin müavini Pentaqonun daha çox terrorçu qruplar və bəzi ölkələrin təşkil etdikləri haker hücumlarından ehtiyatlandığını açıqlayıb. Onun sözlərinə görə, ABŞ-ın hərbi gücünü gözəl anlayan ölkələrin rəhbərləri açıq münaqişəyə girməyə risk etmirlər. Məxfi materialların terrorçuların əlinə keçməsi isə ən ciddi və ağlagəlməz aqibətlə sonuclana bilər.

Qeyd edək ki, Pentaqonun işində ümumilikdə 15 min kompüter şəbəkəsi və onlarla ölkədə olan 7 milyonadək kompüterdən istifadə olunub. İyulun 12-də Pentaqonun podratçısı sayılan “Booz Allen Hamilton” şirkətinin serverinin sındırılması barədə məlumat verilib. Nəticədə “Anonymous” qrupundan olan hakerlər 90 mindən çox amerikalı hərbi qulluqçunun elektron poçt ünvanlarını ələ keçiriblər. 20011-ci ilin mayında Ağ Ev “İnternet məkanı üzrə beynəlxalq strategiya”sını dərc edib.






15 İyul, 2011  15:55 Baxılıb: 2021 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner