Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İqtisadi İnkişaf Nazirliyində kollegiya iclası

İclasda yerli istehsalın stimullaşdırılması məsələləri müzakirə olunub

İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, nazir Şahin Mustafayev Nazirlər Kabinetinin 2011-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı tərəfindən makroiqtisadi sabitliyin təmin edilməsi, büdcə xərclərinin tam icrası, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, Azərbaycanın tranzit potensialının artırılmasına yönəlmiş mühüm layihələrin icrası, sənayeləşmənin sürətləndirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması, ərzaq təhlükəsizliyinin tam təmin olunması, əhalinin kommunal xidmətlərə tələbatının daha dolğun ödənilməsi və digər sahələrdə konkret tapşırıqların verildiyini vurğulayıb.

Ş.Mustafayev ölkədə makroiqtisadi sabitliyin qorunması tədbirlərinin davam etdirilməsi, bu məqsədlə mütəmadi olaraq təhlillərin aparılması və zəruri hallarda təkliflərin hazırlanması, sənaye şəhərciklərinin, iri taxılçılıq təsərrüfatlarının yaradılması, Bakı şəhərində və onun qəsəbələrində sahibkarlığın inkişafına dövlət maliyyə dəstəyinin gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

İclasda yerli istehsalın stimullaşdırılması məqsədilə tədbirlərin təşkili, yerli məhsuldan istifadə imkanlarının artırılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar müəyyənləşdirilib.

Kollegiya iclasında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehlakçıların hüquqlarının qorunması, istehlak bazarına dövlət nəzarət tədbirlərinin gücləndirilməsi tapşırılıb. Həmçinin nazirlikdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, sertifikatların və lisenziyaların onlayn rejimdə verilməsinin təşkili üçün müvafiq tapşırıqlar verilib.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının çıxışından irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması barədə qərar qəbul edilib.

İclasda nazirliyin bir sıra struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri 2011-ci ilin I yarısında görülən işlər barədə hesabat veriblər və cari məsələlər müzakirə edilib.






15 İyul, 2011  15:27 Baxılıb: 1166 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner