Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Sahibkarlığa Kömək Milli Fondunun Binəqədidə tədbiri

 Tədbir “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” çərçivəsində baş tutub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının təmin edilməsi, Bakı qəsəbələrində sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini iyulun 14-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində keçirmişdir. Tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 300-dək sahibkar iştirak etmişdir.

Nazirliyin mətbuat xidmətindən Simsar.az saytına daxil olan məlumata görə, tədbirdən əvvəl əsas hissəsi güzəştli kreditlər hesabına maliyyələşdirilmiş Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində “VAQA LTD” MMC-nin illik istehsal gücü 16,9 min ton olan çörək zavodunda son tamamlama-quraşdırma işlərinə, “EL” kiçik müəssisəsinin Sulutəpə qəsəbəsində inşa etdirdiyi illik istehsal gücü 14,4 min ton olan çörək zavodunda və Xəzər rayonunun Zirə qəsəbəsində sahibkar Bəşir Quliyevə məxsus ildə 2 min ton faraş tərəvəz istehsal ediləcək müasir istixana kompleksində aparılan tikinti işlərinə baxış keçirilmişdir.

Tədbir çərçivəsində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninq keçirilmiş, həmçinin, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.

Sonra Binəqədi rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan sahələrin – faraş tərəvəz məhsullarının yetişdirilməsi üçün müasir istixana komplekslərinin, ətlik istiqamətli quşçuluq təsərrüfatlarının, kiçik həcmli ət kəsimi və emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev dövlət başçısının Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Bakının digər rayon və qəsəbələrində olduğu kimi, Binəqədidə də sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmiş, qəsəbə sakinləri adından ölkə başçısına minnətdarlığını bildirmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkədə aparılan məqsədyönlü və çevik iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafının sürətləndiyini, davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdığını qeyd etmiş, sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulamışdır.

İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov çıxışında məqsədli dövlət proqramlarında Bakı şəhərini və qəsəbələrini əhatə edən tədbirlər və onların icrası, həmçinin görüləcək işlər barədə danışmışdır.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun vəsaitləri hesabına 2011-ci ilin ötən dövrü ərzində ümumilikdə, sahibkarlıq subyektlərinin 895 investisiya layihəsinin maliyyələşdirilməsinə 74,3 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 48 böyük və iri həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 63,6 milyon manat və 847 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə isə 10,7 milyon manat güzəştli kredit verildiyini, bu kreditlər hesabına 3580-ə yaxın yeni iş yerinin yaradılmasının nəzərdə tutulduğunu bildirmişdir. Qeyd edilmişdir ki, verilmiş güzəştli kreditlərin 18 milyon manatı Bakı şəhərinin qəsəbələrində sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir. Bu layihələrin reallaşdırılması 920-yə yaxın yeni iş yerinin açılmasına imkan verəcək. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 22 sahibkarlıq subyektinə 415 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 60-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə çıxış edən sahibkarlar Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirlərini davam etdirəcəkdir.







14 İyul, 2011  20:39 Baxılıb: 1336 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner