Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mexikoda Azərbaycana aid park olacaq

Artıq saziş imzalanıb

Mexiko şəhərində Meksika–Azərbaycan Dostluq Parkının salınması məqsədi ilə səfir İlqar Muxtarov Mexiko şəhəri hökumətinin başçısı (meri) Marselo Ebrard ilə şəhər meriyasının binasında görüşüb.

Azərbaycanın Meksikadakı səfirliyindən Simsar.az-a verilən məlumata görə, səfir İ.Muxtarov məsələ ilə əlaqədar Mexiko şəhərinin hökuməti tərəfindən verilən mühüm dəstəyə görə mer M.Ebrarda təşəkkürünü bildirib və hər iki ölkənin gələcək mədəni və siyasi əlaqələrinin inkişaf etdirilməsi üçün sözügedən layihənin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Tərəflər Mexiko şəhərində açılacaq Meksika–Azərbaycan Dostluq Parkının yekun planını birgə nəzərdən keçirərək, qarşılıqlı razılaşma haqqında saziş imzalayıblar.

Səfir İ.Muxtarov Azərbaycan və Meksika arasında siyasi, iqtisadi, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin gələcək perspektivlərindən bəhs edərək vurğulayıb ki, Azərbaycan hökuməti iki ölkə arasında münasibətlərin geniş spektrdə inkişaf etdirilməsində maraqlıdır.

Görüş zamanı səfir İ.Muxtarov Mexiko şəhərinin meri M.Ebrardı Azərbaycana səfərə dəvət edib.

Marselo Ebrard məmnuniyyətlə Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib, iki ölkə arasında mədəni əlaqələrin genişləndiyini yüksək qiymətləndirərək, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Sazişin imzalanması mərasimində Mexiko şəhəri hökumətinin inkişaf və mənzil naziri Felipe Leal iştirak edib.






14 İyul, 2011  15:40 Baxılıb: 1449 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner