Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Türkiyə bizə silah istehsal edir

"İstiqlal" üçün texnologiyalar göndərilib

Bu barədə Simsar.az-a Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatından (MKEK) məlumat verilib.

Artıq Azərbaycan tərəfi ilə əldə olunmuş anlaşma çərçivəsində lazımi texnologiyaların transferi prosesi həyata keçirilir.

Şirkətdən bildirilib ki, MKEK müəssisələrində istehsal ediləcək snayper tüfəngi orijinalından bir qədər fərqlənəcək. Silah türkiyəli və azərbaycanlı mütəxəssislərin iştirakı ilə təkmilləşdiriləcək. Yeni texnologiyaların tətbiqi ilə silahın çəkisinin azaldılması, lülənin atış ömrünün uzadılması, həmçinin istifadənin asanlaşdırılması nəzərdə tutulur.

Türkiyədə istehsal ediləcək tüfənglər ilk olaraq Türkiyə Silahlı Qüvvələrinə təklif ediləcək, həmçinin MKEK-MSN əməkdaşlığı çərçivəsində MKEK tərəfindən xarici müştərilərə təqdim olunacaq.

İST-12.7 tüfəngi 12.7x108 mm çaplı güllələrdən atəş açır. Çəkisi 16 kq olan silah özünü doldurma qabiliyyətinə malikdir və 2000 metr məsafədəki hədəflərə qarşı effektiv tətbiq oluna bilir.






13 İyul, 2011  13:42 Baxılıb: 1205 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner