Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Müsavat parçalanır?

Əski müsavatçılar təşkilat yaratdıqlarını etiraf etdilər

Bu gün Azərbaycan Media Mərkəzində Avro-Atlantik Şuranın təşkilat komitəsinin təqdimatı keçirilib. 

Simsar.az-ın məlumatına görə, tədbirdə Şuranın yaradılması elan olunub. Daha sonra Şuranın təşkilat komitəsinin sədri, onun müavini, komitənin katibi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbərləri seçilib. Sülhəddin Əkbərin rəhbərlik etdiyi Şuraya 27 Qeyri-Hökumət təşkilatının və bir neçə siyasətçinin daxil olduğu bildirilib. Şuranın yaradılmasının məqsədindən danışarkən Sülhəddin Əkbər bildirib ki, Azərbaycan demokratik respublika yolunu tutsa da bu sahədə ciddi problemlər var: “Şuranın yaradılmasının iki səbəbi var. Birincisi Azərbaycanda və onun ətrafında vəziyyətin gərginləşməsi, ikincisi isə QHT-lərin Avro-Atlantik məkana inteqrasiya istiqamətində səmərəli iş apramaması”. 

Təşkilat komitəsi bəyan edib ki, Avro-Atlantik Şura maarifləndirmə yolu ilə xalqın içinə daxil olub, onlara demokratiyanın, Avropa Birliyinə inteqrasiyanın mahiyyətini və bunun onlara gətirəcəyi xeyri izah edəcəklər.

Daha sonra Şuranın üzvlərinin adları açıqlanıb. Onların arasında Müsavat Partiyasından Əlövsət Talışxanlı və politoloq Hikmət Hacızadə də var.

Şuranın gələcəkdə regionlarda da mərkəzlərinin yaradılması gözlənilir.






11 İyul, 2011  21:42 Baxılıb: 1047 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner