Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

ERMƏNİLƏRİN KÜVEYTDƏ ŞOK SOYĞUNÇULUĞU

Dəstə milyonlar oğurlayıb

3 700 000 dollar məbləğində qızıl-zinət əşyaları oğurlayan dəstənin başçısını hələlik tutmaq mümkün olmayıb

Küveytin nüfuzlu və çoxtirajlı ingilisdilli “Arab Times” qəzeti və “Əl-Siyasə” xəbər agentliyi Küveytin iyulun 11-də hüquq-mühafizə orqanları tərəfindən ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsinə dair məlumat yayıb. Azərbaycanın Küveytdəki səfirliyindən APA-ya verilən xəbərə görə, məlumatda bildirilir ki, Küveyt Daxili İşlər Nazirliyinin kriminal hallar idarəsinin əməkdaşları böyük villalardan və qızıl-zinət mağazalarından külli miqdarda qızıl məmulatları və bahalı əşyalar oğurlayan Rusiya vətəndaşı olan altı ermənidən ibarət peşəkar cinayətkar dəstəni zərərsizləşdirib.


Tərkibində iki qadının da olduğu soyğunçu dəstə son dörd il ərzində bir milyon Küveyt dinarı (təxminən 3 700 000 ABŞ dolları) məbləğində qızıl-zinət əşyaları oğurlayıb. Onlar yay mövsümündə kommersiya məqsədli vizayla Küveytə gələrək zəngin insanların villalarını soymaqla məşğul olurmuşlar. Dəstə başçısı axtarışdadır.


Məlumata görə, son vaxtlar paytaxtda və Havalli yaşayış məntəqəsində yerləşən villalarda oğurluq və soyğunçuluq hallarının artması və seyflərdən oğurluqda daha inkişaf etmiş texnologiyanın tətbiqi müşahidə edilib. Yalnız son iki ay ərzində ümumi dəyəri iki yüz min Küveyt dinarı məbləğində qızıl-zinət əşyaları oğurlanıb. Polis nəzarət-təftiş işlərini gücləndirib və 2007-ci ildə məsuliyyətə cəlb olunmuş milliyyətcə erməni olan Rusiya vətəndaşını həbs edib. Sorğu-sual zamanı erməni qızıl-zinət əşyalarının oğurlanmasında peşəkarlaşmış mütəşəkkil cinayətkar dəstənin üzvü olduğunu, dəstənin digər üzvləri ilə birlikdə hər il soyğunçuluq məqsədilə Küveytə gəldiklərini etiraf edib.


Həbs olunan şəxs mütəşəkkil cinayətkar dəstənin digər üzvlərini də ələ verib. Onların hamısının milliyyətcə erməni olduqları vurğulanır. Hazırda mütəşəkkil cinayətkar dəstənin başçısının axtarışı davam edir.






11 İyul, 2011  21:03 Baxılıb: 1358 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner