Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Google+” platformasının biznes versiyası istifadəyə veriləcək

“Google” şirkəti “Google+” sosial platformasının korporativ seqment üzrə biznes versiyasının istifadəyə verilməsini planlaşdırır.

 Yeni platformanın köməyi ilə internet-nəhəng artıq yalnız “Facebook” ilə deyil, həm də “LinkedIn” peşəkar şəbəkəsi ilə rəqabət aparmaq niyyətindədir. “Google” məhsulları üzrə menecer Kristian Ostelen bildirib ki, “Google+” platformasının biznes versiyası bir neçə biznes alətlə təchiz ediləcək. Belə ki, həmin alətlərin çox hissəsinin bu il istifadəyə verilməsi planlaşdırılıb.
"Hal-hazırda biz bütün diqqəti platformanın adi istehlakçılar üçün optimallaşdırmasına yönəltmişik, lakin bizdə biznes-istifadə üçün analoji sistemi yaradan güclü mühəndis komandası var" – deyə o bildirib.
Qeyd edək ki, “Google+” platforması iyunun 28-də “Facebook”un rəqibi kimi təqdim edilib. Xidmət oxşar imkanlara, istifadəçilərin seçilmiş qruplarından xəbərlərin, fotonun, şərhlərin və başqa məzmunun yerləşdirilməsi kimi funksiyalara malikdir. Ostelen bildirib ki, biznes-versiya da, həmçinin bir sıra kənar, “AdWords” və müxtəlif analitik alətlərlə inteqrasiya kimi imkanlar əldə edəcək. Hazırda “Google+” beta versiya mərhələsindədir və ona giriş yalnız dəvət yolu ilə mümkündür.






11 İyul, 2011  17:08 Baxılıb: 1130 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner