Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

MƏHŞUR MÜĞƏNNİ GÜLLƏLƏNİB

74 yaşlı Fakundo Kabral Qvatemalada qətlə yetirilib

Latın Amerikası xalq mahnılarının ən məşhur ifaçılarından biri, argentinalı şair və müğənni Fakundo Fabral Qvatemalanın paytaxtında qətlə yetirilib. Naməlum şəxslər 74 yaşlı ifaçını Qvatemala Beynəlxalq Hava Limanına gedərkən yolda güllələyiblər. Fakundo Kabral Qvatemalaya yerli iş adamlarından birinin dəvəti ilə konsert verməyə gəlibmiş.

Hazırda polis cinayəti törədənlərin axtarşına başlayıb. Qvatemala prezidenti Alvaro Kolom istintaqın gedişinə şəxsən nəzarət edir.

Baş verən qətllə bağlı Kolumbiya, Ekvador və Venesuela prezidentləri Argentina xalqına başsağlığı verib. “Biz bütün Argentina ilə və bütün bizim ata yurdumuzla birgə ağlayırıq!”, - deyə Venesuela prezidenti Uqo Çaves bildirib.

Qeyd edək ki, YUNESKO 1996-cı ildə Fakundo Kabralı “dünyanın sülh carçısı” elan etmişdi.






10 İyul, 2011  18:56 Baxılıb: 1282 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner