Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Komissiya hadisə yerinə buraxılmadı

Azərbaycan tərəfinə təyyarə qəzasının səbəblərinin araşdırılmasına imkan verilməyib 

Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın üzvləri iyulun 8-də təyyarənin düşdüyü yerə gedə bilməyiblər.

Bu barədə Simsar.az-a Azərbaycanın Pakistanda, eyni zamanda Əfqanıstanda akkreditə olunmuş səfirliyinin 3-cü katibi Çingiz Qəribli məlumat verib. Ç. Qəriblinin sözlərinə görə, ekspert qrupu dünən Kabildən vertolyotla təyyarənin düşdüyü yerə yola düşüb. Yolun bir hissəsini avtomobillə qət edən ekspertlərin qalan yolu piyada hərəkət etməsinə icazə verilməyib. “Ərazidə əməliyyat keçirildiyindən təhlükəsizlik baxımından onlara bir qədər gözləmək məsləhət görülüb. Komissiya üzvlərinin təyyarənin düşdüyü yerə bu gün getməsi nəzərdə tutulur”. 


Diplomatın sözlərinə görə, komissiya üzvlərinin əsas məqsədi həlak olanların cəsədlərinin qalıqlarının vətənə gətirilməsidir: “Onlar qısa müddətdə bunu etmək istəyirlər”.


Ç. Qəribli onu da əlavə edib ki, təyyarənin qəzaya uğramasının səbəblərini müəyyənləşdirmək üçün faciə yerində texniki, ballistik və tibbi ekspertizalar aparılmalıdır.






9 İyul, 2011  15:54 Baxılıb: 1080 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner