Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanın duz dərdi

Sakinləri zərərli duz satırlar

Eyyub Hüseynov: “Novxanı ərazisində yerləşən duz gölündən hər gün 150 tondan artıq texniki istifadəyə belə yaramayan duz respublikanın müxtəlif bölgələrində əhaliyə satılır” 

Azad İstehlakçılar Birliyi ölkə ərazisində duzun yodlaşdırılması və satışı sahəsində apardığı monitorinqlər zamanı, kustar üsulla istehsal olunan və tərkibində zəhərli maddələrin olduğu duzların açıq satılması hallarını aşkarlayıb. Satılan keyfiyyətsiz duzların mənbəyini araşdırarkən məlum olub ki, bu duzlar əsasən Novxanı ərazisində yerləşən göldən toplanan duzların hesabına istehsal olunur.

Mətbuat konfransında bildirilib ki, liberal bazar iqtisadiyyatı yolunu seçmiş ölkəmizin əmtəə bazarına digər ölkədən də çoxsaylı brendlərlə duzlar daxil olur. 2001-ci ildə qəbul olunmuş “Yod çatışmamazlığı xəstəliklərinin kütləvi prafilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 8.3 maddəsində ölkədə yodsuz duzun, hətta heyvanlara verilməsi məqsədilə satışı, idxalı qadağan olunsa da yodlaşdırılmayan, təmizlənməyən, ekzotik qablara qablaşdırılmış duzların satışı davam edir. Bakı şəhərində və respublika ərazisində əfsuslar olsun ki, çörək bişirmə, pendir hazırlama sahəsində əksər hallarda yodsuz, təmizlənməyən təhlükəli duzlardan istifadə olunur. Bu qeyri-qanuni fəaliyyət aidiyyatı qurumların, bələdiyyələrin, dövlət orqanlarının gözü qarşısında baş verir. Hər gün Masazır ərazisində və respublikamızın digər yerlərində olan duz mənbələrindən qanunsuz olaraq duz toplanmaqla, müxtəlif qida istehsalı müəssisələrinə satılır.

AİB-in regional şöbələrindən verilən məlumatlara görə Masazır duz gölü yaxınlığında yerləşən duz gölündən hər gün yığılan 150 ton duz respublikanın hər yerinə, o cümlədən Şəmkir ərazisində yerləşən qeyri-qanuni sexə daşınır, qablaşdırılıb, yod vurulmadan əhaliyə satılır.

Bütün bu məsələlər barədə AİB bu işə məsul olan dövlət orqanlarına, o cümlədən İqtisadi İnkişaf Nazirliyinə 1 ay öncə məlumat versə də dövlət orqanları seyrci mövqelərini qətiyyən dəyişmək istəmir!

Azad İstehlakçılar Birliyi əhalini, bələdiyyələri, yol polisi və biznes qurumlarını bu qeyri-qanuni əməllərə son qoyulması istiqamətində konkret addımlar atmağa çağırır.






8 İyul, 2011  21:12 Baxılıb: 1191 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner