Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Zaqatalada müasir ambarlar tikiləcək

Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri davam etdirilir

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini iyulun 8-də Zaqatala şəhərində keçirib. Simsar.az saytının nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 150-dək sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Oğuz rayonunun Calud kəndində istehsal gücü ildə 150 ton məhsul (mürəbbə və cem) olan “Dağ çiçəyi” müəssisəsinin və Şəki rayonunun Vəzərət kəndində "Karat Holdinq" MMC-nin inşa etdirdiyi tutumu 15 min ton olan müasir taxıl anbarı kompleksinin fəaliyyətinə baxış keçirilib.
“Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanmasına dair treninq keçirilmiş, Sahibkarlığa Kömək Milli Fondunun internet saytı (www.anfes.gov.az) barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanıb.
Tədbirdə Zaqatala rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan dörd prioritet istiqamət üzrə – müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması, müasir suvarma sisteminin tətbiqi ilə qarğıdalı əkini, çay plantasiyalarının salınması, qarğıdalının qurudulması, təmizlənməsi və saxlanılması məqsədilə müasir anbar kompleksinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə məqsədli dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin digər rayonları kimi, Zaqatalanın da sosial-iqtisadi mənzərəsinin dəyişdiyini bildirmişdir. Diqqətə çatdırılmışdır ki, rayonda yeni istehsal, emal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Hazırda bu sahədə işlər davam etdirilir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov dövlət başçısının rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Prezidentinin imzaladığı normativ hüquqi sənədlər və təsdiq etdiyi dövlət proqramları ölkədə investisiya mühitinin daha da yaxşılaşması, qeyri-neft ixracının genişlənməsində xüsusi əhəmiyyətə malikdir. Bildirilmişdir ki, görülmüş işlər nəticəsində özəl bölmənin ÜDM-də payı 80%-i ötüb.


İqtisadi İnkişaf Nazirliyinin Şəki-Zaqatala regional bölməsinin müdiri Qalib Məsimov icrası uğurla davam etdirilən dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində Zaqatala rayonunda görülmüş və görüləcək işlər barədə məlumat verib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Şəki-Zaqatala iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd edilib ki, Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində ümumilikdə sahibkarlıq subyektlərinin 843 investisiya layihəsinin maliyyələşdirilməsinə 73,1 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 47 böyük və iri həcmli investisiya layihəsinin (6 müasir çörək istehsalı müəssisəsinin, 10 soyuducu anbar kompleksinin, südlük istiqamətli 2 cins heyvandarlıq kompleksinin, 5 müasir istixana kompleksinin, 2 süd məhsullarının emalı müəssisəsinin, 5 quşçuluq təsərrüfatının, 3 ət emalı (kəsim sexi), meyvə-tərəvəz emalı, bitki mənşəli qida yağları istehsalı, quru meyvə istehsalı, qənnadı məmulatlarının istehsalı, mebel istehsalı, kağız və karton məmulatları istehsalı, parça istehsalı, tikinti materiallarının istehsalı, 4 kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin yaradılması, turizm infrastrukturunun və kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin) maliyyələşdirilməsinə 63,2 milyon manat və 796 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 9,9 milyon manat güzəştli kredit vermişdir. Bu kreditlər hesabına 3532 yeni iş yerinin yaradılacağı nəzərdə tutulmuşdur. Şirzad Abdullayev 2011-ci ildə Şəki-Zaqatala iqtisadi rayonu üzrə Fondun güzəştli kreditlərinin veriləcəyi əsas sahələr barədə tədbir iştirakçılarını məlumatlandırmış, sahibkarları maraqlandıran sualları cavablandırıb.
Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Zaqatala rayonunda və ətraf rayonlarda fəaliyyət göstərən 41 sahibkarlıq subyektinə 565 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 80-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbirdə şəhərin yerli icra hakimiyyəti nümayəndələri və iş adamlarının iştirakı ilə Zaqatala rayonunda sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində region iqtisadiyyatı üçün prioritet hesab olunan sahələr barədə müzakirələr aparılıb.
Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
“Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri davam etdirilir.







8 İyul, 2011  19:12 Baxılıb: 1181 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner