Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜNÜ BİLMƏYƏLƏR

“Simsar” jurnalının sorğusuna cavab verə bilməyənlər 

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da ‎ Naxçıvan şəhərində anadan olub. O, ‎‎1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən ‎sonra Azərbaycan Sənaye İnstitutunun (indiki ‎Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq ‎fakültəsində təhsil alıb. ‎
‎1941-ci ildə Naxçıvan MSSR Xalq Daxili ‎İşlər Komissarlığında və Xalq ‎Komissarları Sovetində şöbə müdiri işləyib. ‎1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə ‎göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları ‎sistemində çalışan Heydər Əliyev 1964-cü ildən ‎Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət ‎Təhlükəsizliyi Komitəsi sədrinin müavini, olub.1957-ci ildə isə ‎Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini ‎bitirib‎.
Azərbaycan Kommunist Partiyası Mərkəzi ‎Komitəsinin 1969-cu il iyul plenumunda ‎Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ‎birinci katibi seçilərək respublikanın rəhbəri olub.‎‎1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist ‎Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü ‎seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci ‎müavini vəzifəsinə təyin edilib.‎
‎1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər ‎Əliyev Naxçıvan Muxtar ‎Respublikası Ali Məclisinin sədri, Azərbaycan ‎Respublikası Ali Soveti sədrinin müavini olub. ‎ 1993-cü il oktyabrın 3-də ‎ümumxalq səsverməsi nəticəsində ‎Azərbaycan Respublikasının Prezidenti seçilib.‎
Onun doğum tarixini hamı bilməlidir, balacadan böyüyəcən... Və elə bilirdik ki, tanınmışlar yanılmayacaqlar, sualımızı doğru cavablandıracaqlar. Əslində, yalnız 4 sənətçi sualımıza doğru cavab verdi.... Eyib etməz, öyrənmək heç vaxt gec deyil...

Müğənni Samir Salam : Vallah yalan deyərəm. Deyə bilmərəm.

Prodüser Tarix Əliyev : Deyəcəm bilmirəm, deyəcəksiniz sizə ayıb olsun. Bilmirəm.

Jurnalist Ceyran Nəriman : 1923 – cü il mayın 10.

Rəqqasə Oksana : ili “21”, ili “24”.

Müğənni Nüşabə Ələsgərli : 1923 mayın 10 – da.

DJ Anar : Vallah bilmədim.

Xalq artisti Arif Quluyev : Bir azdan zəng edin dəqiqləşdirim.

Xalq artisti Mənsum İbrahimov : Ayın bilirəm mayın 10 – dur, ilinı gərək düşünəm tədbirdəyəm. (bir qədər sonra zəng edir) 1927 – ci ildəndir.

Əməkdar artist Ələsgər Məmmədoğlu : 1923 .

Aktyor Elman Rəfiyev : 10 may 1923 – cü il də. Xanım bu sualı bilmək hər bir Azərbaycanlının borcudur.


Sevinc Vəliyeva






8 İyul, 2011  17:13 Baxılıb: 1393 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner