Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AZƏRBAYCANDA İCBARİ SIĞORTA BÜROSU YARADILACAQ

Ölkədə adambaşına 17,2 manat sığorta haqqı düşür

Azərbaycanda İcbari Sığorta Bürosu yaradılacaq.Bunu II Azərbaycan Beynəlxalq Sığortaçılar Forumundakı çıxışında maliyyə naziri Samir Şərifov söyləyib. 

Samir Şərifov deyib ki, bu, daşınmaz əmlak, avtonəqliyyat daşımaları ilə bağlı az əvvəl parlamentdə qəbul edilən və yaxın vaxtlarda qüvvəyə minəcək qanunda nəzərdə tutulub. Qanunun mahiyyəti daşınmaz əmlak, avtonəqliyyat daşımaları ilə bağlı ehtiyac yarandıqda kompensasiyaların ödənilməsi ilə bağlıdır. Məsələn, qanun avtonəqliyyat şəxslərinin üçüncü şəxslər qarşısında məsuliyyətini müəyyən edəcək. İcbari Sığorta Bürosu da bu məqsədlə yaradılır.

Maliyyə naziri onu da qeyd edib ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı sığorta bazarının da inkişafını şərtləndirib. Hazırda ölkədə adambaşına düşən ümumdaxili məhsulun (ÜDM) həcmi 10 min dollara yaxındır: “Paralel olaraq, sığorta ilə bağlı göstəricilər də artıb. Əgər 2003-cü ildə ölkədə adambaşına düşən sığorta haqqı 7 manat olubsa, indi bu göstərici 17,2 manatdır. Azərbaycanda ümumi sığorta haqlarının həcmi 155,6 manata çatıb. Sığorta şirkətlərinin nizamnamə kapitalı da 18,4 milyon manatdan 150 milyon manata qədər artıb”.






7 İyul, 2011  20:48 Baxılıb: 1176 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner