Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

"Qara qutu" tapıldı

Hadisə yerinə komissiya gedəcək

Bu gecə saat 00:10-da (Bakı vaxtı ilə 02:10) Əfqanıstanın Pərvan əyalətində qəzaya uğramış Azərbaycanın “Silk Way” avişirkətinə məxsus "İL-76 4K-AZ 55" təyyarəsinin qalıqları aşkar edilib. Kabil Beynəlxalq Hava Limanın prezidentinin ANS-ə verdiyi eksklüziv məlumata görə, Azərbaycan təyyarəsinin "qara qutu"su tapılıb.

“Qəzanın başvermə səbəbini heç kim bilmir. "Qara qutu" ətrafında təhlil və araşdırma aparılandan sonra xüsusi komanda qəzanın baş vermə səbəbini elan edəcək. Bu isə bu gün axşam, yaxud sabah olacaq", deyə Kabil Beynəlxalq Hava Limanının prezidenti Rasuli vurğulayıb.

Onun sözlərinə görə, ölənlərin ölkəyə gətirilməsi isə xüsusi xilasedici dəstənin işidir.

Qeyd edək ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı rəsmi məlumata görə, 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşan Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi ilə rabitənin ani olaraq kəsildiyi və radarlarda görüntüsü itib. Eyni zamanda Kabil hava limanının qülləsində gəminin uçuşunu idarə edən dispetçer hava limanından təxminən 25 km uzaqlıqda 4 km hündürlükdə havada işartı gördüyünü bildirib.

Rabitə kəsilən ana qədər gəminin ekipajı tərəfindən hər hansı nasazlıq və ya qəza şəraiti barədə məlumat daxil olmadığından, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur.
Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb

Təyyarədə 9 heyət üzvü olub. Onların yarısı Azərbaycan, yarısı isə Özbəkistan vətəndaşıdır.Həmin şəxslər aşağıdakılardır:

1. Gəmi kapitanı Sergey Kuzmin (1969-cu il təvəllüdlü)
2. İkinci pilot Oleq Marşixin (1979)
3. Şturman İqor Çjen (1966)
4. Bort mühəndisi Vladimir Şatobin (1969)
5. Bort-rabitəçi Əhmədcan Axmedjan Xacayev (1955)
6. Bort operatoru Elnur Mahmudov (1981)
7. Bort operatoru Tapdıq Qəhrəmanov (1964)
8. Aviatexnik Əfqan Rəhimov (1980)
9. Aviatexnik Mehman Hüseynov (1962)






7 İyul, 2011  15:24 Baxılıb: 1424 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner