Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

6 AY ƏRZİNDƏ ATƏŞKƏS REJİMİ 345 DƏFƏ POZULUB

Bu ilin iyun ayı ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi 69 dəfə pozulub

Müdafiə Nazirliyinin məlumatlarına əsasən aparılan monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması nəticəsində 2 nəfər - 1 hərbçi və 1 mülki sakin şəhid olub, 2 hərbçi isə yaralanıb. Atəşkəsin pozulması ilə bağlı faktların 1-i Naxçıvan Muxtar Respublikasında, 57 fakt Qarabağ cəbhəsində, 11 fakt isə Ermənistan-Azərbaycan dövlət sərhədində qeydə alınıb.

İyun ayında atəşkəsin ən çox pozulması faktı Füzuli rayonunda qeydə alınıb. Cəbhənin bu istiqamətində atəşkəs rejimi 22 dəfə pozulub.

Atəşkəsin pozulmasının sayına görə sonrakı yerdə 15 hadisə ilə Ağdam və 9 hadisə ilə Tərtər rayonu gəlir.

Bundan başqa, iyun ayında ermənilər atəşkəsi Qazax istiqamətində 8, Goranboyda 6, Gədəbəydə 3, Xocavənddə 2, Göygöldə 2, Cəbrayılda 1, Naxçıvan Muxtar Respublikasında 1 dəfə pozublar.

Qeyd edək ki, monitorinqin nəticələrinə görə, cari ilin yanvar-iyun aylarında – 6 ay ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi 345 dəfə (yanvar ayında 24, fevralda 56, martda 80, apreldə 36, mayda 80, iyunda 69 dəfə) pozulub. Ümumilikdə, 2011-ci ilin ötən dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 9 hərbi qulluqçusu, 2 mülki sakin (1 uşaq) şəhid olub, 8 nəfər isə yaralanıb. Həmçinin cəbhə xəttinə yaxın sahədə 2 mülki sakin minaya düşüb. Onlardan biri yaralanıb, digəri isə həlak olub.






7 İyul, 2011  01:22 Baxılıb: 976 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner