Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Cəsədlər axtarılır

Təyyarənin qara qutusu da yoxdur

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin düşdüyü yerdə təyyarəsinin “qara qutu”sunun və ekipaj üzvlərinin cəsədlərinin tapılması üçün intensiv axtarış işləri aparılır.

Bu barədə “APA-ECONOMICS”ə Azərbaycanın Pakistandakı səfirliyinin 3-cü katibi Çingiz Qəribli məlumat verib.

Onun sözlərinə görə, Əfqanıstan hökumətinin nümayəndələri bildiriblər ki, xilasedicilər təyyarənin düşdüyü yerə çatıblar: “Hələlik təyyarənin “qara qutu”su və ekipaj üzvlərinin cəsədləri tapılmayıb. Hazırda ərazidə intensiv işlər davam etdirilir”.

Qeyd edək ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.

Hazırda qəzanın səbəblərini araşdırmaq üçün komissiya yaradılıb. Komissiyanın tərkibinə daxil edilən azərbaycanlı ekspertlər Əfqanıstana getməyə hazırlaşırlar.






6 İyul, 2011  21:02 Baxılıb: 1181 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner