Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AZƏRBAYCANIN İQTİSADİ PERSPEKTİVİ MƏLUM OLDU

Qarşıda bir neçə prioritet istiqamət var

Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üzrə qarşıdakı illər üçün bir neçə prioritet istiqamətlər müəyyənləşdirilib.

«APA-ECONOMICS»in məlumatına görə, bunu bəyan edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, bunların sırasında makroiqtisadi sabitliyin qorunması və iqtisadiyyatın diversifikasiyasının dərinləşdirilməsi də yer alır.

Bundan başqa, hökumətin prioritet istiqamətləri sənayeləşmənin sürətləndirilməsi, sənaye şəhərciklərinin yaradılması, aqrar sektorda intensiv metodların tətbiqinin genişləndirilməsi, tranzit potensialından səmərəli istifadə, Bakı-Tbilisi-Qars dəmir yolu, Beynəlxalq Dəniz Ticarət Limanı və Gəmiqayırma Zavodunun inşasının başa çatdırılması, İKT-nin istifadə imkanlarının genişləndirilməsi və innovasiya fəaliyyətinin inkişaf etdirilməsi, ilk süni rabitə peykinin orbitə çıxarılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xaricdə ticarət evlərinin yaradılması, ətraf mühitin qorunması, nativ enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, turizmin inkişafı, yüksək sosial rifahın və insan kapitalının inkişafının təmin edilməsi kimi tədbir və addımların həyata keçirilməsi nəzərdə tutulub.






6 İyul, 2011  21:02 Baxılıb: 1468 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner