Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Abel Məhərrəmov medal aldı

Professor Vladimir Serhiзekiyə isə üzərində Heydər Əliyevin əksi olan qızıl medal verildi

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ukrayna Milli Elmlər Akademiyası Krım Şərqşünaslıq Universitetinin professoru Yuriy Koçubeyi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru Vladimir Serhiçeki, “Kiyev-Mohila Akademiyası” Milli Universitetinin maliyyə və iqtisadiyyat işləri üzrə vitse-prezidenti Lyudmila Dançenkonu, Ukrayna İctimai Televiziyasının redaktoru Kristina Stebelskanı, Kiyev Milli Aviasiya Universitetinin professoru, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm-mədəniyyət, İdman mərkəzinin direktoru Arif Quliyevi və “Kiyev-Mohila Akademiyası” Milli Universitetinin müəllimi, Ukraynada yaşayan azərbaycanlı türkoloq Fərhad Turanlını qəbul edib. 


BDU-nun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, universitetin yaranma və inkişaf tarixindən qonaqlara məlumat verən rektor, əsasən onun beynəlxalq əlaqələrindən bəhs edib. Görüşdə Bakı Dövlət Universitetində Ukraynanın kitab fondunun yaradılması, universitet əsasında kollequmun açılması və digər ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.


Bir neçə gün əvvəl BDU İlə Xarkov Milli Universiteti arasında memorandumun imzalandığını xatırladan rektor, Ukraynanın digər universitetləri ilə də gələcəkdə əməkdaşlığın vacibliyini qeyd edib. Qonaqlar Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Daha sonra qonaqlar universitetə kitab hədiyyələrini, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru Vladimir Serhiçeki isə akademik Abel Məhərrəmova təmsil etdiyi universitetin yubiley medalını, müəllifi olduğu kitabları və Ukraynada Azərbaycan diasporunun nəşr etdirdiyi “Azərbaycan” qəzetini təqdim edib.


Qonaqlara təşəkkür edən rektor isə professor Vladimir Serhiçekiyə üzərində Heydər Əliyevin əksi olan qızıl medal hədiyyə edib. Görüşün nəticəsi olaraq Bakı Dövlət Universitetində Ukraynanın kitab fondunun yaradılması qərara alınıb.






6 İyul, 2011  19:49 Baxılıb: 1057 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner