Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Sabah Emin Ağalarovun konsertidi

"O, daim məni müğənni olmaq üçün həvəsləndirib"

“Sabah konsertimdə Müslüm Maqomayevin mahnılarını ifa edəcəyəm. Biz sözsüz ki, onu anacağıq və düşünürəm ki, bunsuz mənim konsertim tam ola bilməz”.

APA-nın məlumatına görə, bu sözləri sabah Bakıda Yaşıl Teatrda solo-konsert proqramı ilə çıxış edəcək müğənni Emin Ağalarov jurnalistlərə açıqlamasında deyib.
Müslüm Maqomayevin barelyefinin açılış mərasimində iştirak edən E. Ağalarov konserti ilə bağlı geniş məlumat vermək istəməyib: “Bu gün bütün sözlər ancaq və ancaq Müslüm Maqomayevə aiddir”. M. Maqomayevi ustadı saydığını deyən müğənni onun haqqında fikirlərini söyləyib: “Düşünürəm ki, Müslüm Maqomayevi anmadan konsertim tam ola bilməz. Onun mənə qarşı münasibətini heç zaman unuda bilmərəm. Müslüm Maqomayev yaradıcılığıma hər zaman dəstək verən müəllimim olub. O mənə daima ümid verib. Məni müğənni olmaq üçün həvəsləndirib”.

Qeyd edək ki, Emin Ağalarov iyulun 7-də Bakıda Yaşıl Teatrda solo-konsert verəcək. Hər zaman olduğu kimi, müğənninin bu konserti də xeyriyyə məqsədi daşıyır.






6 İyul, 2011  19:25 Baxılıb: 1273 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner