Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Təyyarədə hələk olan azərbaycanlılar-SİYAHI

Onlar beş nəfərdi

Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının adları açıqlanıb.

Təyyarənin məxsus olduğu «Silk Way» aviaşirkəti direktorunun keyfiyyət üzrə məsləhətçisi Adil Qasımov “APA-ECONOMICS”ə bildirib ki, təyyarənin ekipajı 9 nəfərdən ibarət olub. Həmin şəxslər aşağıdakılardır:

1. Gəmi kapitanı Sergey Kuzmin (1969-cu il təvəllüdlü)
2. İkinci pilot Oleq Marşixin (1979)
3. Şturman İqor Çjen (1966)
4. Bort mühəndisi Vladimir Şatobin (1969)
5. Bort-rabitəçi Əhmədcan Axmedjan Xacayev (1955)
6. Bort operatoru Elnur Mahmudov (1981)
7. Bort operatoru Tapdıq Qəhrəmanov (1964)
8. Aviatexnik Əfqan Rəhimov (1980)
9. Aviatexnik Mehman Hüseynov (1962)

Adı çəkilən şəxslərdən Azərbaycan əsilli adların sahibləri ilə yanaşı, Oleq Marşixin də Azərbaycan vətəndaşı olub.

A.Qasımov qeyd edib ki, qəzaya uğrayan təyyarə yüklənmə baxımından böyük ehtiyata malik olub: «Belə ki, İl-76 təyyarəsi ümumiliklə 40-50 ton yük qaldırma qabiliyyətinə malikdirsə, burda 18 ton yük var idi. Təyyarənin daşıdığı yük qoşqu və avtokar olub».

A.Qasımovun sözlərinə görə, hazırda qəzanın səbəblərinin araşdırılması üçün Azərbaycan Mülki Aviasiya Administrasiyası və «Silk Way» şirkətinin mütəxəssislərinin daxil olduğu komissiya yaradılıb: «Komissiya məsələ ilə bağlı məlumatlar almaq üçün Əfqanıstanın rəsmi orqanları və koalisiya qüvvələri ilə daim əlaqə saxlayır». Komissiyanın üzvlərinin də qəza baş verən yerə səfəri nəzərdə tutulur.

Qarşıdakı iki-üç saat ərzində əlavə məlumatın açıqlanacağını bildirən şirkət rəsmisi təyyarə qəzasının səbəbləri, o cümlədən “Taliban” qüvvələri tərəfindən vurulması ilə bağlı ehtimallara münasibət bildirmək istəməyib: «İndidən dəqiqləşdirilməmiş məlumat vermək düzgün olmazdı».

Qeyd edək ki, “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib. Məlumatı “Fars” agentliyi yayıb.

Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur.






6 İyul, 2011  18:03 Baxılıb: 1159 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner