Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Paytaxtda iki etiraz aksiyası keçirildi

QAT-ın hədəfində BMT olub

İyulun 6-da Qarabağ Azadlıq Təşkilatı BMT-nin Azərbaycan nümayəndəliyi yaxınlığında piket keçirib. Simsar.az-ın məlumatına görə, polis piket iştirakçılarının yazılı şüarlarını alaraq onları nümayəndəliyin yerləşdiyi binanın qarşısına buraxmayıb.

Piketin qətnaməsində bildirilir ki, BMT Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşır: “BMT-nin indiyə qədər dörd qətnamə qəbul etməsinə baxmayaraq onların yerinə yetirilməsi üçün heç bir tədbir görmür”.

Aksiyaçılar qətnamələrin icrası üçün Ermənistana sanksiya tətbiq olunmasını tələb ediblər: “Əks halda Azərbaycan danışıqlara son qoyaraq müharibəyə başlamalıdır”.

Piketdə “Ya Qarabağ, ya ölüm!”, “Bizə boş söz yox, torpaqlarımız lazımdır!”, “BMT, Azərbaycandan rədd ol!” şüarları səsləndirilib.

Sonda üç piket iştirakçısı polisin müşayiəti ilə BMT-nin Azərbaycandakı nümayəndəliyinə bəyanat təqdim edib. QAT təmsilçiləri BMT-nin Azərbaycandakı nümayəndəsinin onları qəbul etməsini istəsələr də, nümayəndəlik bəyanatını qəbul etməklə kifayətlənib.

Bəyanatda deyilir ki, BMT-nin Təhlükəsizlik Şurası ikili standart siyasətinə son qoymalı, Ermənistanın işğalçı və terrorçu hərəkətləri ilə bağlı xüsusi yığıncaq keçirməli, bu ölkəyə siyasi və iqtisadi sanksiyalar tətbiq etməlidir.

Daha sonra piket iştirakçıları Prezident Administrasiyasının binası qarşısında piket keçirməyə cəhd göstəriblər. Amma administrasiyanın mühafizə xidmətinin əməkdaşları və polis piket iştirakçılarının qarşısını Teleteatrın qarşısında kəsib. Polis üç piket iştirakçısının bəyanatı administrasiyaya təqdim etməsinə icazə verib, amma administrasiyanın qəbul şöbəsi qətnaməni qəbul etməyib.






6 İyul, 2011  17:58 Baxılıb: 986 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner