Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Qəzaya düşən təyyarə barədə yeni xəbər

Sərnişinlər arasında üç azərbycanlı olub

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin göyərtəsində ən azı 3 Azərbaycan vətəndaşı olub, qalanları isə Özbəkistan vətəndaşıdır.

Bu barədə Simsar.az-a Azərbaycanın Pakistandakı səfirliyinin 3-cü katibi Çingiz Qəribli məlumat verib.
“Təyyarə ekipajının 3 üzvünün artıq Azərbaycan vətəndaşı olması dəqiqləşdirilib. İndi belə bir informasiya var ki, vətəndaşlarımızın sayı 4 ola bilər. Digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşıdır. Bu məlumat bizə Əfqanıstandakı rəsmi mənbələrdən daxil olub” - deyə Ç.Qəribli bildirib.


Onun sözlərinə görə, azərbaycanlı ekspertlərin də daxil olduğu komissiya Əfqanıstan hökuməti ilə əməkdaşlıq edərək qəzanın səbəblərini aydınlaşdıracaq: “Təyyarə dağlıq ərazidə qəzaya uğrayıb. Hələlik xilasedicilər qəza yerinə gedib çıxa bilməyiblər. Ona görə də detallar yalnız onların hadisə yerinə çatmasından sonra məlum olacaq”.


Ç.Qəribli təyyarənin “Taliban” hərəkatı tərəfindən vurulması ehtimalının çox az olduğunu söyləyib: “Adətən, “Taliban” baş verən hadisəyə görə dərhal məsuliyyəti öz üzərinə götürür”.


Qeyd edək ki, “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib. Məlumatı “Fars” agentliyi yayıb.

Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur.






6 İyul, 2011  17:31 Baxılıb: 1336 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner