Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AZƏRBAYCANA ELEKTROMOBİL GƏTİRİLƏCƏK

Şirkət rəsmisi: “Azərbaycanda elektromobillər uzunmüddətli perspektivdə görünə bilərlər”

“Renault” modelinin iki elektromobili sınaqdan keçirilib. Bu barədə “Renault” şirkətinin Avrasiya regionu üzrə kommersiya direktoru Deni Le Vot bildirib.

Onun sözlərinə görə, “Renault” elektromobillərinin MDB məkanına, xüsusi ilə şirkət üçün strateji əhəmiyyət kəsb edən və Azərbaycanın da yer aldığı “Avrasiya” regionuna daxil olması uzunmüddətli perspektiv kimi dəyərləndirilir. Bundan başqa, satışa başlamazdan öncə labüd infrastruktur və müştəri marağı yaradılmalıdır.

Deni Le Vot bildirib ki, artıq bu istiqamətdə ilkin addım atılıb. Belə ki, iyunun sonlarında Moskvada “Fluence Z.E”. və “Kangoo Express Z.E” modellərinin sınağı keçirilib. Tədbir “Renault” şirkətinin təşkil etdiyi beynəlxalq roud-şou çərçivəsində baş tutub. Təqdimetmə mərasimində Azərbaycan, Belarus, Qazaxıstan daxil olmaqla, MDB ölkələrinin KİV nümayəndələri, fərdi və dövlət nəqliyyat şirkətlərinin rəhbərləri, hakimiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, “Fluence Z.E”. – prestijli avto olaraq fərdi müştərilərə və avtopark sahibləri üçün nəzərdə tutulub. “Kangoo Express Z.E”. – yüngül, yığcam furqondur və şəhərətrafı istifadə üçün kiçik və orta sahibkarlar üçün münasibdir. Aşkar görünüş fərqliliyinə baxmayaraq, elektromobillər eyni xüsusiyyətlər birləşdirir: ətraf mühitə zərərsizlik, əlverişlilik və təkraredilməz üslub.

Tədbirdə çıxış edən Deni Le Vot elektrik modellərinin satışına başlaması planlaşdırılan ölkələr haqqında da danışıb. O deyib ki, tədbir çərçivəsində Azərbaycan, Belarus və Qazaxıstandan olan tərəfdaşlarla yaxından tanış olublar: “Hər bir bazarın özünə xas xüsusiyyətləri haqqında məlumat əldə etdik. Görüşlər zamanı elektromobillərin gələcəyin avtomobil istehsalı olduğu qeyd olundu. Bu isə o deməkdir ki, dünyanın müxtəlif ölkələrində adi cərəyan şəbəkəsi vasitəsilə qidalanan avtomobillərin sayı artmaqda davam edəcək”.

Məlumat üçün qeyd edək ki, “Renault” elektrik ötürücüsü ilə təchiz olunmuş avtomobillərin işlənib hazırlanması sahəsində ilk addım atan şirkətdir. Şirkət elektromobillərin tam model qammasını əlverişli qiymətlərlə təqdim edir.






6 İyul, 2011  00:49 Baxılıb: 2071 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner