Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan–Almaniya biznes forumu keçirilib

Tədbirdə 80-a yaxın iş adamı iştirak edib

İyulun 5-də Almaniya Federativ Respublikasının İqtisadiyyat və Texnologiyalar Nazirliyinin nümayəndəsi xanım Marqrit Steffelin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan İqtisadi Yardım Birliyinin (DAWF) təşkilatçılığı ilə Azərbaycan–Almaniya biznes forumu keçirilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Simsar.az saytına verilən məlumata görə, tədbirdə Azərbaycan və Almaniya tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, maşınqayırma, logistika, tikinti və digər sahələrdə fəaliyyət göstərən 80-ə yaxın iş adamı iştirak edib.
Biznes forumda çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev, Sənaye və Energetika nazirinin müavini Gülməmməd Cavadov Azərbaycan iqtisadiyyatında qazanılan nailiyyətlər, eləcə də iki ölkə arasında mövcud iqtisadi əlaqələr barədə məlumat verib.
Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin nümayəndəsi xanım Marqrit Steffel Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Almaniyanın Azərbaycandakı Səfirliyinin İqtisadiyyat xidmətinin rəhbəri Peter Ziegler, DAWF-ın icraçı direktoru Florian Şröder iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu bildirmiş, bu cür tədbirlərin əməkdaşlığın daha da intensivləşməsində əhəmiyyətini qeyd edib.
Azərbaycanın iqtisadi imkanlarına dair təqdimatla çıxış edən AZPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizin biznes və investisiya imkanları barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilmiş, əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirdə AZPROMO tərəfindən Alman şirkətlərinə Azərbaycanın iqtisadiyyatı, biznes və investisiya imkanları barədə təbliğat materialları təqdim edilib.
Almaniya nümayəndə heyətinin bir sıra istehsal müəssisələrinə səfəri də nəzərdə tutulur.
Simsar.az






5 İyul, 2011  18:39 Baxılıb: 1167 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner