Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Jurnalist döyüldü

Tahir Paşa: "Məni təhqir edib, döyüb yola saldılar"

Jurnalist Müharibə Veteranları Assosiasiyasının sədri Tahir Paşa Abşeron Rayon Sosial Müdafiə Mərkəzində döyülüb. Bu barədə “Yeni Müsavat”a T.Paşa özü məlumat verdi. T.Paşa dedi ki, o, Qarabağ müharibəsi əlillərinə verilən 30 manat müavinətin vaxtı-vaxtında hesaba oturdulmamasının səbəbini aydınlaşdırmaq üçün bir döyüşçü-jurnalist kimi mərkəzə gedib. 

“Bu hallar orada dəfələrlə təkrarlanırdı. Şəxsən mən həmin 30 manatı ildə iki-üç dəfə alıram, yəni bunu öz problemim kimi deyil, yüzlərlə şəhid ailəsinin, Qarabağ qazisinin problemi kimi araşdırmaq istədim. Lakin ötən həftə bununla bağlı fondda olanda mərkəzin özünü təqdim etməyən rəhbəri məni şəxsən döydü və ətrafında olanlara məni qovmağı tapşırdı. Məni təhqir edib, döyüb yola saldılar. Çölə çıxan kimi bu haqda 102 xidmətinə məlumat verdim. Lakin bu gün (dünən-red.) məni Abşeron Rayon Polis İdarəsinə çağırıb guya orada mərkəzin rəhbərini döydüyümü dedilər. Belə ki, mərkəzin rəhbəri qabaqdangəlmişlik edərək məni şərlədib tutdurmaq istəyir. Mənə bu işlə bağlı cinayət işi başlandığını deyib izahatımı aldılar. Bu, biabırçılıqdır. Orada dedim ki, döyülməyim haqda hadisədən dərhal sonra 102-yə məlumat vermişəm və bu rəsmiləşdirilib. İndi necə ola bilər ki, mənim guya onları döyməyim haqda cinayət işi başlanır? Bu, məni şərləməkdir”.






5 İyul, 2011  16:19 Baxılıb: 1401 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner