Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yeni taksilərdə gediş haqqı endirilir

Məsələ bu gün həllini tapacaq

Sabahdan London Taxi TX4 yeni avtomobillər parkının idarəedicisi "Baku Taxi Company" sərnişinlərin daşınması üzrə tariflərin azadılmasını planlaşdırır. Simsar.az-ın  məlumatına görə, bu barədə Trend-ə bazar ertəsi Nəqliyyat Nazirliyindən məlumat verilib.

Nazirlik nümayəndəsinin sözlərinə görə, bu məsələnin gün ərzində həll olunacağı gözlənilir.

Hazırda sərnişin minərkən bir manat və hər bir kilometrə görə 0,7 manat ödəyir. Yeni tarif cədvəlinə görə, tarif məsafədən asılı olaraq dəyişəcək. 10 kilometr məsafəyə qədər tarif əvvəlki kimi, yəni 0,7 manat qalacaq. 10 kilometrdən 20 kilometrədək bir kilometr üçün 0,4 manat, 20 kilometrdən yuxarı məsafəyə bir kilometr üçün 0,2 manat təşkil edəcək.

Bakıya artıq 100 ədəd bənövşəyi rəngli London Taxi TX4 avtomobili gətirilib. İlin sonunadək onların sayı 1000-ə çatdırılacaq.

Azərbaycan Nəqliyyat Nazirliyinin elan etdiyi "Bakıda taksi parkının London Taxi TX4 markalı avtomaşınlara dəyişdirilməsi" proqramı çərçivəsində yeni "Baku Taxi Company" şirkəti yaradılıb.

Bu şirkət tərəfindən yeni avtomobillərin xidmət tarifləri müəyyən edilib.

"Manganese Bronze Holdings PLC" və Çinin avtomobil istehsalçısı "Geely Automobile Holdings Limited"in birgə müəssisəsi olan "Shanghai LTI" şirkətinin bu taksilərinin 2011-ci ildə Bakıya tədarükü üzrə saziş London şirkəti üçün ən iri müqavilədir. Sifarişin ümumi dəyəri 27 milyon dollara yaxındır.

Azərbaycan Nəqliyyat Nazirliyindən bir qədər əvvəl bildirmişdilər ki, Bakıya ümumilikdə üç minədək yeni taksinin gətirilməsi planlaşdırlır.

Bakının və Azərbaycan regionlarının taksi ilə təmin olunması üçün müxtəlif istehsalçılardan ümumilikdə 7-8 min ədəd avtomobilin alınması planlaşdırılır.






4 İyul, 2011  20:20 Baxılıb: 1068 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner