Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ƏFLATUN AMAŞOVUN BİR FİKRİ ƏTRAFINDA DİSKUSSİYA

Yeni media güclüdür, yoxsa əski media?

Mətbuat Şurasının sədri Əflatun Amaşov maraqlı açıqlama ilə çıxış edib. O, deyib ki, bu gün klassik jurnalistika bir çox parametrlərdə bloq jurnalistikasına uduzur: “Bloqerlərin yaydığı məlumatlar daha operativdir və daha çox oxunur. İndi informasiyanın ötürülməsində klassik jurnalistika bloqerlərlə rəqabət apara bilmir”. 

Simsar.az saytı MŞ sədrinin bu yanaşmasına həm bloggerlərin, həm də klassik jurnalistikanın təmsilçilərinin fikirlərini öyrənib.

Klassiklər:

Ehtiyatda olan polkovkik leytenant, hərbi jurnalist Üzeyir Cəfərov:

- Çox nadir hallardan biridir ki, bu məsələdə Əflatun Amaşovla razılaşıram. Ona görə ki, indi klassik jurnalistika sanki öz çərçivəsindən cixa bilmir. Amma bloqlar xeyli inkisaf edib. Bu proses artan xətt üzrə gedir, gələcəkdə də əgər internetin imkanları sadə vətəndaşlar üçün də əlçatan olsa, düşünürəm ki, insanlar öz bloqlarını yaradaraq fikir və düşüncələrini sərbəst şəkildə cəmiyyətə çatdıra biləcəklər. Amma klassik jurnalistika bu sahdə hələki geri qalır. 21-ci əsrdə həyat xeyli inkişaf edib. Əvvəllər rəsmi qurumlar öz məlumatlarını yaymaq üçün agentlik filan axtarırdılar. İndi isə onların rəsmiləri sərbəst öz bloqlarında və saytlarında məlumatları yayırlar.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Reytinq qəzetinin redaktoru Seymur Verdizadə:

- İnternet mediasının inkişafına sevinirəm. Amma Azərbaycanda bloqçuluğun bir o qədər də irəli getdiyini düşünmürəm. Bu sahə ölkəmizdə hələ yenicə təşəkkül tapır. Azərbaycanda internet istifadəçlərinin sayı o qədər çox deyil ki, bloq yazıları ictimai fikrə təsir edə bilsin. Azərbaycanın minlərlə kəndi var ki, hələ orda internet yoxdur. Amma həmin kəndlərə həftədə bir dəfə də olsa, qəzet gedir. Ümumilikdə götürəndə, uduzan medianin özüdür. Təəssüf ki, Azərbaycan mətbuatı hakimiyyət bölgüsündəki 4-cü yerdən 14-cü sıraya düşüb. Azərbaycanda jurnalistikanın nüfuzu artandan sonra həm çap, həm də internet mediası cəmiyyətin həyatında layiq olduğu yeri tutacaq. Şəxsən mən Azərbaycanda ictimai fikri yönləndirməyə qadir olan bloq yazarı tanımıram.


Telejurnalist Turan İbrahimov:

- Əslində bu fikirdə qeyri-adi heç nə yoxdur. Çünki dünyanın hər yerində ənənəvi jurnalistika, xəbərçilik asimilyasiya olaraq mövqelərini itirir. Bu qəzetlərin internet portallarına uduzmağı ilə başladı. Ənənəvi tv yayımçılığını da internet tv-ləri qarşısında geri çəkilməsinə qədər gətirib çıxaracaq. Buna səbəb isə yeni texnalogiyaların sürətli inkişafı və informasiya axınının həddindən artıq çox olmasıdır. İndi insanların həyatı və işi artıq oturaqlılığını itirib.

Bloggerlər:

Jurnalist Vüqar Baba:

- Radio çıxanda deyirdilər ki, qəzet öldü, amma ölmədi. Sonra TV çıxanda dedilər ki, radio öldü, elə qəzet də. Amma heç biri ölmədi. Elə internet çıxanda da dedilər ki, bütün digər media növləri öldü. Amma bu da baş vermədi. Hamısı bir-birinin əksiklərini tamamlayaraq KİV-in ümumi funksyalarını bölüşür. Elə indi də klassik jurnalistlər bloqçuları özlərinin düşməni kimi görür. Bunlar istəsələr, istəməsələr də bir-briinə kömək edir. Bütün ölkələrdə hakimiyyətlərin və ya hansısa biznes qurumların nəzarət etdiyi, təzyiq etdiyi klassik media orqanlarından fərqli olaraq, bloqlar onların gözündən qaçan və ya qaçırdılan məsələləri yazır. Elə bəzən bloqlara uduzmamaq üçün klassik media orqanaları da daha operativ, daha əhatəli, daha obyektiv olmağa çalışır. Hər bir halda isə media və cəmiyyətə qazanır.

Jurnalist Xalid Qarayev:

- Bloqda yazı yazmaq Azərbaycan cəmiyyəti tərəfindən mənimsənildikcə, klassik jurnalistika yerini bloq jurnalistikasına verməli olacaq. Bütün inkişaf etmiş ölkələr bu prosesi keçir və bizdə də belə olacaq. Təbii ki, zaman lazımdır. Hazırda bloqdan istifadə Azerbaycanda ciddi hiss olunmur və yaxın illərdə də Amaşovun dediyi hal özünü göstərməyəcək. Amaşov dünya təcrübəsindən çıxış edirsə, bu basqa məsələ.

Sumqayitxeber.com saytının baş redaktoru Eyvaz Qocayev:

- Əvvəllər insanlar informasiyanı qəzetlərdən, radiodan, televiziyadan əldə edirdilərsə, artıq müasir dövrümüzdə daha çox internet üzərindən əldə edirlər. Bu gün internet xəbər saytları ilə yanaşı bloqlar da informasiya mənbəyinə çevrilməkdədir. İnternet xəbər saytları məhdud sayda yazarları olduğu halda bu gün minlərlə bloqçu var ki, onların hər biri ayrı-ayrılıqda xəbər paylaşırlar. Bloqçular bu gün əldə etdikləri informasiyaları öz şəxsi bloqlarında yerləşdirərək, sosial şəbəkələrdə paylaşırlar. Müşahidələrimiz onu göstərir ki, bu gün vətəndaş jurnalistikasının verdiyi informasiyalar daha çox mediada yer alır. Bu gün jurnalistlər demək olar ki, informasiyanı məhz bloqlardan və sosial şəbəkələrdən əldə edirlər.

FutbolPress.Az portalının baş redaktor Elçin Cəlilov:

- Klassik jurnalistikanın müasir jurnalistikaya uduzması görünəndi. Klassik jurnalistika təkcə bloqlara uduzmur, elə, müasir jurnalistikaya da uduzur. Jurnalistikanın öz qaydaları var. Bloqçuluq isə tam azad bir tərzdi. Yəni orada oxucudan çox, özünün nə demək və necə demək istədiyin önəmlidi. Jurnalistikada isə oxucuya fikir müəyyən bir qayda çərçivəsində çatdırılır. Məncə, klassik jurnalistikamıza hörmət olunası imzalar olub. Elə indiki yeniliklər, müasir yazı tərzləri də onların zəhmətidi. Məsələn, Məmməd Nazimoğlu kimi novator bir yazardan öyrənən biri istənilən halda şablondan qaçacaq, öz üslubunu, dəsti-xəttini tapacaq. Həm də mütləq müstəqil olacaq. Bu cür dəyərlər də var.

Aynurə Həsənova






4 İyul, 2011  20:07 Baxılıb: 1699 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner