Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Dörd mitinqçinin istintaqı yekunlaşdı

İşlər məhkəməyə göndəriləcək

İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən daha bir qrup şəxsin istintaqı yekunlaşıb.

Bu barədə APA-ya Bakı Şəhər Prokurorluğundan bildirilib.

Təqsirləndirilənlərin vəkili Əsabəli Mustafayev APA-ya açıqlamasında bildirib ki, istintaqı başa çatanlar Elnur Məcidli, Rüfət Hacıbəyli, Ülvü Quliyev və Əhəd Məmmədlidir: “Hazırda vəkillər istintaq materialları ilə tanış olur. Yaxın günlərdə iş baxılması üçün məhkəməyə göndəriləcək”.

Vəkil həmçinin qeyd edib ki, 2 aprel aksiyası ilə təqsirləndirilən digər 4 nəfər - Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının işi üzrə isə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl 2 aprel aksiyası ilə bağlı təqsirləndirilənlərdən 6 nəfər barəsində cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. Onlar Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı və Elnur İsrafilovdur. Adıçəkilən şəxslərin məhkəməsi iyulun 13-də başlayır.






4 İyul, 2011  16:49 Baxılıb: 1310 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner